Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir
YAP Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın məsləhətçisi Nərgiz Çıraqovanın iştirakı ilə görüş keçirilmişdir. Görüşdə həmçinin, 13, 14, 126, 203, 263 saylı körpələr evi və uşaq bağçalarında fəaliyyət göstərən YAP üzvləri iştirak etmişlər.
ƏPT sədri Səmayə Məmmədova çıxış edərək yığıncaq iştirakçılarını salamlamış,  ƏPT-da ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş işlər haqqında məlumat vermişdir.  Səmayə Məmmədova yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi.
ƏPT sədri bildirdi ki, bugünkü iclasın gündəliyində 1 məsələ - ƏPT-nin sədr müavininin seçilməsi nəzərdə tutulmuşdur. ƏPT-nin sədri Əliyeva Günalə Elşən qızının gənc, dinamik  üzv olduğunu və səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Günalə Əliyeva sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova YAP üzvləri qarşısında ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək yerli təşkilatın tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdılar.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır. Sonda bir qrup YAP üzvünə partiya vəsiqələri təqdim olunmuşdur.