Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Məktəbli küçəsi 7 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və yerli təşkilatın aparatının məsul əməkdaşları Ənvər Haqverdiyev, Dilarə Əzizova iştirak etmişlər. Ərazi partiya təşkilatının sədri Fərəh Hüseynova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra iclasın gündəliyində 2 məsələnin – ƏPT-da ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş, gələcək perespektivdə görüləcək işlər və ƏPT-nin sədr müavininin seçkisi haqqında məlumat verdi.

Fərəh Hüseynova yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi.

ƏPT üzvü Ülviyyə Kərəmova təmsil olunduqları peşə sahələrində aparılan islahatlar, yeniliklər haqqında, o cümlədən gənclərin ictimai – siyasi həyatda rolu, onların fəallığı, ölkənin siyasi həyatında partiyaların rolu haqqında çıxış etdi. Daha sonra ƏPT üzvü Aytac Məmmədova Gözəl Əmirovanın ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Gözəl Əmirova sədr müavini seçilmişdir.

SondaYAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov  çıxış edərək bildirmişdir ki, Qaraçuxur qəsəbəsi Məktəbli küçəsi 7 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.