Suraxanı rayonunda “Şəhidlər Bulağı” kompleksinin açılış mərasimi keçirilib
Suraxanı rayonunda Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş vətən oğullarının xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə “Şəhidlər Bulağı” kompleksi inşa edilmişdir. 01.03.2022 – ci il tarixində inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin görkəmli nümayəndələri, şəhid ailələri və qazilər iştirak etmişlər.
Açılış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın işğaldan azad edilməsində, şanlı zəfərin qazanılmasında misilsiz şücaət göstərən bütün şəhidlərimizə Allahdan rəhmət diləmiş və bildirmişdir ki, şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulmuş, düşmən tapdağında olan torpaqlarımız azad olunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər Suraxanı rayonundan olan şəhid ailələrinin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidlərimizin əziz xatirələrini bir daha yad edərək Allahdan rəhmət diləmişdir. Daha sonra Suraxanı rayonu 118 nömrəli tam məktəbin şagirdlərinin ifasında hazırlanmış ədəbi – bədii kompozisiya təqdim olunmuşdur.
Göstərilən diqqət və qayğıya görə şəhidlərin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.