Suraxanı rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Kikboksinq Federasiyasının və Bakılı fayt Klubunun təşkilatçılığı ilə Ə.Məmmədov adına 101 nömrəli tam orta məktəbdə 44 günlük Vətən müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə uşaq, yeniyetmə və gənclər arasında turnirin açılış mərasimi keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. 110 idmançının qatıldığı turnirin qaliblərinə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən fəxri diplom və hədiyyələr təqdim olunub.