Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir M.Bayramov adına 196 nömrəli tam orta məktəb tam orta məktəbdə təşkil olunmuşdur

Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir M.Bayramov adına 196 nömrəli tam orta məktəb tam orta məktəbdə təşkil olunmuşdur

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev,  Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov və digər rəsmi şəxslər iştirak etmişlər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan M.Bayramov adına 196 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Aidə Cəfərova qonaqları salamlamış və bildirmişdir ki, narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. O, şagirdlərə narkotik aludəçiliyinin insan səhhətinə, sağlamlığına vurduğu zərbələrdən bəhs etmişdir. 

Məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarx və səhnəciklər nümayiş olunmuşdur.

Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək dövlətimiz tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində daima işlər aparıldığını bildirmişdir. Gənclərin məhz nəzarətsiz mühitin təsirinə düşməsi səbəbindən bu yola qurşanmasını qeyd edən RİH başçısı maarifləndirmə işlərinin mühüm əhəmiyyət kəsb etməsini də diqqətə çatdırmışdır.

YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov çıxışlarında narkomanlığın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olduğunu qeyd edərək gənclərə mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələrini tövsiyə etmişlər.