Suraxanı rayonunda “Müstəqilliyimiz sizlərə əmanətdir” adlı tədbir keçirilmişdir

Suraxanı rayonunda “Müstəqilliyimiz sizlərə əmanətdir” adlı tədbir keçirilmişdir

26 may 2026-cı il tarixində Suraxanı rayonu, Əmircan qəsəbəsi Əlövsət Vəliyev adına uşaq bağçası və körpələr evində 28 May- Müstəqillik gününə həsr olunmuş “Müstəqilliyimiz sizlərə əmanətdir” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, Əlövsət Vəliyev, Vüqar Bayramov, Qasım Qasımov, 5, 19 və 324 saylı körpələr evi uşaq bağçalarının müdirləri iştirak etmişdir. 

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin,  Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və AXC-nin qurucularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Müstəqillik gününə həsr olunmuş video-çarx izlənildi.

Tədbiri giriş sözü ilə açan Əlövsət Vəliyev adına uşaq bağçasının və körpələr evinin müdiri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Aygün Azayeva qonaqları salamladı və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir dövlətimizin keçdiyi yoldan və sınaqlardan danışdı.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova çıxış edərək Azərbaycan xalqı əsrlər boyu öz vətənini, milli dəyərlərini və azadlığını qorumaq uğrunda böyük sınaqlardan keçdiyini vurğuladı. Tariximizin hər bir səhifəsində xalqımızın igid oğul və qızlarının qəhrəmanlığı, vətən sevgisi və birlik ruhu yaşayır. Biz bu gün fəxrlə danışırıq ki, xalqımız öz gücü, iradəsi və birliyi ilə tarix yazan xalqlardandır.

Daha sonra çıxış edən Vüqar Bayramov, Qasım Qasımov, 5, 19 və 324 saylı körpələr evi uşaq bağçalarının müdirləri müstəqilliyimiz xalqımız üçün ən böyük nemət olduğunu və hər birimizin borcu bu yolda vətənimizə layiqli xidmət etmək olduğunu vurğuladılar.

Daha sonra tədbir Əlövsət Vəliyev adına uşaq bağçası və körpələr evin körpə fidanlarının ifasında kompazisiyalar ilə davam etmişdir.

Daha sonra xatirə şəkli çəkildi.