Tədbirə dəvət olunmuş qonaqlardan Vətən müharibəsi iştirkaçıları, Suraxanı Rayon İcra Hakimiyyətinin şəhid ailələri və qazilərlə ilə işin təşkili şöbəsinin müdiri ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülşən Şıxlarova və YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Heydər Əliyev Mərkəzinin direktoru Mahmudova Xəyalə, 196 nömrəli məktəbin direktoru Nizami Niftiyev, ehtiyatda olan mayor Məmmədov Aslan 44 günlük müharibədə qazandığımız qələbənin Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsindəki rolundan danışdılar. Tədbirdə şəhid ailələri, qazilər, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən məktəblərin dərnək üzvləri və dərnək rəhbərləri iştirak etdilər.
Tədbirin sonunda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkildi.