Noyabrın 7-də Şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş “8 noyabr – Zəfər günü” münasibətilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhidlərimizin ailə üzvləri və qaziləmiz, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon Prokuroru Rəşid Mahmudov, Suraxanı rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon idarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, rayonun idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Ümummilli lider, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə 44 günlük Vətən Müharibəsində qazanılmış Şanlı Qələbəmizə həsr olunan video-çarx nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Qazandığımız haqq savaşı Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək.
RİH başçısı Əziz Əzizov Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə təltif edilmiş Əmircan qəsəbə nümayəndəsi, şəhid atası Əliyev Əlixan Fərman oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalını təqdim edib.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.