Suraxanı rayonuna yeni təyin olunmuş bir qrup təşkilat, müəssisə rəhbəri ilə görüş keçirilib

Suraxanı rayonuna yeni təyin olunmuş bir qrup təşkilat, müəssisə rəhbəri ilə görüş keçirilib

02.07.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının inzibati binasında Suraxanı rayonuna yeni təyin olunmuş bir qrup təşkilat, müəssisə rəhbəri ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov yeni təyin olunmuş rəhbər şəxsləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Yerli təşkilatın sədri Suraxanı rayonunda olan dövlətçilik ənənələri, həyata keçirilən işlər haqqında geniş məlumat verdikdən sonra dedi ki, qədim Suraxanı və qədir bilən suraxanılılar hər zaman Ulu Öndər Heydər Əliyevin irsini qoruyub saxlamış və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi kursunu həmişə müdafiə etmişlər.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planının icrasının təmin olunması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, fəal YAP üzvlərinin dövrü mətbuatda və  sosial şəbəkələrdə aktivliklərinin  artırılması, təbliğat işinin gücləndirilməsi barədə öz tövsiyyələrini vermişdir.