Suraxanı rayonu, Xarici Dillər Təmayüllü Gimnaziyada “Son zəng” tədbiri keçirilib

Suraxanı rayonu, Xarici Dillər Təmayüllü  Gimnaziyada “Son zəng” tədbiri keçirilib

İyunun 14-də Bakı şəhəri Suraxanı rayonu, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü  Gimnaziyada  “Son zəng” tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən gimnaziyanın direktoru Xəyalə Veyisova bu günün XI sinif şagirdlərinin həyatında qürurverici günlərdən biri olduğunu deyib. Direktor vurğulayıb ki, bu gün bütöv Azərbaycanda “Məzun günü” keçirilir. Xəyalə Veyisova məzunlara uğurlar arzulayıb və müstəqil həyatda yollarının açıq olmasını diləyib.

Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramin Salmanlı çıxış edərək “Son zəng” münasibətilə bütün məzunları təbrik edib. O, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının təbrikini diqqətə çatdırıb.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun salamlarını, xoş arzularını, diləklərini məzunlara çatdırıb. Salman Əbdülov bildirdi ki, əldə olunan  bilik və bacarıqlar, düzgün seçilən vətəndaş mövqeyi və dəyərlər məzunlara həyat yolunda töhfə verəcək. Sizin hər biriniz bizim üçün  dəyərli və əvəzolunmazsınız. YAP-ın nümayəndəsi yeni həyat mərhələsində məzunlara uğurlar arzulayıb.

Tədbir bədii hissə ilə davam etdirilib və ənənəvi olaraq “Son zəng” çalınıb.