Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib
İyunun 14-də Bakı şəhəri Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. “Son zəng” tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazim Fətullayev, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, şəhid olmuş məzunların ataları Əli Qasımov və Ceyhun Hüseynov iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən məkətbin direktoru Əliqismət Səfərov bu günün XI sinif şagirdlərinin həyatında qürurverici günlərdən biri olduğunu deyib. Direktor vurğulayıb ki, bu gün bütöv Azərbaycanda “Məzun günü” keçirilir. Əliqismət Səfərov məzunlara uğurlar arzulayıb və müstəqil həyatda yollarının açıq olmasını diləyib.
Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazim Fətullayev çıxış edərək “Son zəng” münasibətilə bütün məzunları təbrik edib. O, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının təbrikini diqqətə çatdırıb.
YAP Suraxanı rayon təşkilatının sədr məsləhətçisi YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun salamlarını, xoş arzularını, diləklərini məzunlara çatdırıb. YAP-ın nümayəndəsi yeni həyat mərhələsində məzunlara uğurlar arzulayıb.
Tədbir bədii hissə ilə davam etdirilib və ənənəvi olaraq “Son zəng” çalınıb.