Suraxanı rayonu 315 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilmişdir.

Suraxanı rayonu 315 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilmişdir.

Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov, məktəb rəhbərliyi və şagirdlər iştirak etmişlər. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra məktəbin direktoru Vaqif Quliyev anım tədbirini giriş sözü ilə açaraq Ulu Öndərin həyat və fəaliyyətindən, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışdı. Ümummilli Liderin xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyi, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığı vurğuladı.

YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyi, dünya siyasətinə təsir etmək gücündə olan liderliyi, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacaran siyasətçi olmasını şagirdlərin diqqətinə çatdırdı. Daha sonra məktəbin şagirdlərinin iştirakı ilə şeirlər səsləndirildi, Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən təqdimat-slayd nümayiş etdirildi.