Suraxanı rayonu 278 nömrəli tam orta məktəbdə Azərbaycanın xalq artisti, Şöhrət ordenli aktyor Nurəddin Mehdixanlı ilə görüş keçirilmişdir

Suraxanı rayonu 278 nömrəli tam orta məktəbdə Azərbaycanın xalq artisti, Şöhrət ordenli aktyor Nurəddin Mehdixanlı ilə görüş keçirilmişdir

3 iyun 2022-ci il tarixində Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəb və “4 saylı” Bakı ASAN xidmət mərkəzi, “ASAN könüllüləri” Təşkilatının dəstəyi ilə “Milli mənəvi dəyərlər” layihəsi çərçivəsində Şöhrət ordenli görkəmli teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirildi.

Görüşü giriş sözü ilə açan məktəbin direktoru Məlahət Əliyeva hamını salamladı və dəyərli vaxtını ayırıb görüşə gəldiyinə görə aktyora minnətdarlığını bildirdi. Görüşdə eyni zamanda YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov da iştirak etmişdir.

Görüş əsnasında “Səhnə ustalığı” mövzusunda müzakirələr aparıldı, Azərbaycanda teatr sahəsinin inkişafı istiqamətində görülən işlərdən bəhs olundu. Xalq artisti Nürəddin Mehdixanlı ölkəmizdə mədəniyyətə, incəsənət xadimlərinə göstərilən dövlət qayğısından bəhs edərək, Azərbaycanda teatr tarixindən, teatr sənətindən geniş söhbət açdı.

Sonda Nürəddin Mehdixanlı ona təqdim olunan sualları cavablandırdı.