Suraxanı rayonu 232 nömrəli tam orta məktəbdə "Ruhumuza Yazılan Tarix" adlı tədbir keçirilmişdir
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günel Fətəliyeva bildirdi ki, gənclərin vətənpərvərlik ruhunda böyüməsi işinin mühüm istiqamətlərindən birini heç şübhəsiz təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil edir. Təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bu tərbiyə işinin həyata keçirilməsi vacib amildir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə dedi ki, məktəblər vətənpərvər gənclərin formalaşmasında və tərbiyəsində müstəsna rol oyanırlar. Bu tərbiyənin sayəsində gənclər torpaqlarımızı düşmən işğalından azad etmişdir.
Tədbirdə məktəbin şagirdləri Zəfər gününə həsr etdikləri kompazisiyaları nümayiş etdirdilər.