SURAXANI RAYONU, 114 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ XALQ ŞAİRİ VAHİD ƏZİZLƏ GÖRÜŞ KEÇİRİLİB
6 mart 2026-cı il tarixdə Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbdə xalq şairi Vahid Əzizin iştirakı ilə onun yaradıcılığına həsr olunmuş “Dünya bir pəncərədir” adlı ədəbi-bədii gecə təşkil olunmuşdur. Ədəbi-bədii gecədə 114 nömrəli tam orta məktəb direktoru Könül Hüseynova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Suraxanı RİH-nin məsul əməkdaşı Ləman Həşimova, 226 nömrəli məktəbin direktoru Arzu Məmmədova, digər rəsmi şəxslər, şagirdlər, valideynlər və pedaqoji kollektiv iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman Vətən oğul və qızlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək Vahid Əzizin geniş yaradıcılığına toxunaraq, ondan statlar gətirərək demişdir ki, böyük söz ustasının şer dünyası ümman kimi çağlayır .
Şagirdlər şairin keçdiyi ömür yolu haqqında danışdılar, yazdığı şeirləri söylədilər. Sonra alqış sədaları altında xalq şairi Vahid Əzizə verildi. Görüşdə Xalq şairi Vahid Əziz şagirdlərin ona ünvanlanan suallarını da əhatəli cavablandırdı.