“Suraxanı Oyl Opereyşn Kompani S.A”-də YAP Suraxanı rayon təşkilatının ƏPT-si yenidən təşkil edilmişdir

“Suraxanı Oyl Opereyşn Kompani S.A”-də YAP Suraxanı rayon təşkilatının ƏPT-si yenidən təşkil edilmişdir

08.12.2022-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi ünvanında yerləşən (“Suraxanı Oyl Opereyşn Kompani S.A” Şirkətinin Azərbaycandakı Nümayəndəliyi) Ərazi Partiya Təşkilatının yenidən təşkil edilməsi ilə bağlı yığıncaq keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülov iştirak etmişdir.

Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra yığıncağı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının ƏPT sədrinin müavini Nənəxanım Paşayeva qonaqları salamlayaraq YAP-ın cəmiyyətimizin  inkişafında oynadığı roldan geniş bəhs etmişdir. ƏPT-nin sədr müavini YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında məruzə ilə çıxış etmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ərazi partiya təşkilatının üzvlərini salamlayaraq işlərində uğurlar arzuladı və YAP üzvlərini Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik etdi. Doğma partiyamızın 30 illik fəaliyyətinə toxunan yerli təşkilatın sədri bildirdi ki, ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz meqa layihələrə imza atmışdır. Vüqar Seyidov partiya üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulamışdır.

YAP Suraxanı rayon təşkilatının sədri Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi ünvanında yerləşən (“Suraxanı Oyl Opereyşn Kompani S.A” Şirkətinin Azərbaycandakı Nümayəndəliyi) Ərazi Partiya Təşkilatında bu günə qədər görülən işləri yüksək qiymətləndirmişdir. Vüqar Seyidov onu da vurğulamışdır ki, bütün sahələrdə olduğu kimi partiya işinin təşkilində də islahatlara ehtiyac vardır. Məhz bu səbəbdən ƏPT-də təmsil olunan üzvlərin ərizə ilə müraciətlərini nəzərə alaraq ƏPT-nin yenidən təşkil edilməsi haqqında əmr imzalamışdır. Yerli təşkilatın sədri bildirmişdir ki, əmrə əsasən yenidən təkil edilmiş ƏPT-nin sədr və sədr müavini seçilməlidir.

Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Ağayev Elvin Fərid oğlu, sədr müavini Paşayeva Nənəxanım Əlibala qızı seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.

Daha sonra çıxış edən “Suraxanı Oyl Opereyşn Kompani S.A” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin icraçı direktoru və Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatının yeni seçilmiş sədri Elvin Ağayev göstərilən etimada görə ƏPT-nin üzvlərinə öz minnətdarlığını bildirmişdir. Elvin Ağayev demişdir ki, Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin ali neft strategiyasının və doğma partiya tərəfindən qarşıya qoyulan vəzifələrin ləyaqətlə yerinə yetirilməsi istiqamətində var gücü ilə çalışacaqdır.

Sonda YAP Suraxanı rayon təşkilatının ictimai və siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman və təşəkkürnamələr, YAP sıralarına daxil olmuş Rəhimzadə Elmir Əli oğluna vəsiqə təqdim edilmişdir.