Son müsahibə zamanı bir daha əmin olduq ki, Azərbaycan hərbi, siyasi-diplomatik fəaliyyətinə görə dünyanın aparıcı ölkələrindən birinə çevrilib

Son müsahibə zamanı bir daha əmin olduq ki, Azərbaycan hərbi, siyasi-diplomatik fəaliyyətinə görə dünyanın aparıcı ölkələrindən birinə çevrilib

Arzu Hacızadə

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 8 saylı Birləşmiş Uşaq Xəstəxanasının pediatri

Yerli telekanallara müsahibəsi zamanı Prezident cənab İlham Əliyev bir çox məqama öz münasibətini bildirib. Çox səmimi mühitdə keçən görüşdə Prezidentin əsas diqqət çəkdiyi məsələlərdən biri də məhz Ermənistan-Azərbaycan sülh prosesi olmuşdur. Azərbaycanın hərbi üstünlüyü müharibədə özünü göstərdi. Biz qələbə çaldıq, Ermənistan ordusunu darmadağın etdik və Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. Bu bütün dünyaya aydındır və Azərbaycan əsgərlərinin sıldırım qayları əlləri ilə dırmaşaraq Şuşanı azad etməsi hərb tarixində bir yenilik oldu.

Müsahibə zamanı cənab Prezidentin də qeyd etdiyi kimi biz bundan sonra da boş dayanmadıq və ordunun inkişafı üçün işlər apardıq. Çünki ətrafımızda bizi istəməyən qüvvələr, düşmən ölkələr var. Buna görə də ordumuzu daha da gücləndirmək üçün mühüm işlər görüldü. Biz elə etməliyik ki, bu bədnam qoşularımızın başı Dəmir yumruğun altından çıxmasın. Çünki onlar havadarları ilə birgə yenidən silahlanmağa və regionda təhlükə mənbəyinə çevrilməyə cəhd edirlər

30 ilə yaxın müharibə və işğaldan əziyyət çəkən bir dövlət, xalq olaraq bizə üçünçü müharibə lazım deyil. Lakin onu da yaxşı bilirk ki, sülh istəyən ölkə müharibəyə də hazır olmalıdır. Biz bu prinsipə diqqət edir və bu yolda ciddi çalışırıq. Ermənistan məğlub olduqdan sonra orada olan məğlub qüvvələr yenidən Azərbaycan ərazilərinə iddialar irəli sürürlər. Çox təəssüf ki, onlar başlarına dəyən dəmir yumruqdan nəticə çıxarmayıblar. Amma həm Ermənistan, həm də ona qəhmər çıxanlar yaxşı bilməlidirlər ki, dəmir yumruq yerindədir və indi daha müasir silahlarla təchiz olunmuşdur. Onu qeyd edim ki, Azərbaycan indi yalnız öz ordusunu deyil, Rusiya-Ukrayna müharibəsindən sonra boş qalmış silah bazarına da daxil olmaq istəyir. Yaxın gələcəkdə istehsal etdiyimiz yeni nəsil silahları ixrac edəcəyik. Biz buna qadirik.

Biz uzun illər gözləmişik və dünyəvi ədalətə inanmışıq. Düşünmüşük ki, dünyada söz sahibi dövlətlər ədalətli davranacaqlar. Lakin təəssüf ki, ədalətlinin güclü olduğu deyil, güclünün ədalətli olduğu bir dünyada yaşayırıq. Cənab Prezident də müsahibəsi zamanı da diqqətə çatdırdı ki, biz təcavüzkar dövlət deyilik. Bizə hücum olunub və biz də buna qarşılıq verərək, öz ərazilərimizi azad etdik. Bu gün də görünən odur ki, Ermənistan məğlubiyyətindən heç bir nəticə çıxarmır. Biz həm hərb meydanında, həm diplomatik-siyasi sferalarda bizə qarşı hücumları məharətlə cavab veririk.

Son geniş müsahibə zamanı bir daha şahid olduq ki, Azərbaycan son illərdə apardığı hərbi, diplomatik işlərə görə artıq dünyanın aparıcı ölkəsinə çevrilib. Mən həkiməm və anayam. İstəmərəm ki, müharibə olsun, övladlarımız şəhid olsun. Lakin sülhün və inkişafın qarantı olan Azərbaycan ordusu nə qədər güclü olsa və müasir silahlarla təmin olunsa, regionda sabitlik höküm sürəcək.

Yaşasın rəşadətli Azərbaycan ordusu!

Var olsun Müzəffər Ali Baş Komandan!