Son illər Azərbaycanda elektro-energetika sahəsi çox sürətlə və uğurla inkişaf etmişdir
Kamilə Bayramova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 15 saylı BŞX-nın Uşaq Şöbəsinin müdiri
Cənab Prezident İlham Əliyevin 13 fevral 2023-cü il tarixində “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVT gücündə olan ən böyük İstilik Elektrik Stansiyalarının təməlqoyma mərasimində çıxış etmişdir. Bu çıxışdan bir azərbaycanlı, bir vətəndaş, bir ziyalı kimi mən də təsirləndim. İlham Əliyevin prezidentlik fəalliyəti dövründə istər energetika, istər neft-qaz sənayesi, istər tikinti sahələrində görülmüş işlər, yolların körpülərin salınması, abadlıq quruculuq işləri, təhsil və səhiyyə sahəsində aparılmış islahatlar qabarıq şəkildə büruzə verir.
Mingəçevir istilik elektrik stansiyasının 1280 MVT gücündə təməlinin qoyulması bunun bariz nümunəsidir. Mingəçevir hazırda elektro energetika sahəsində bizim əsas şəhərimizdir. Hələ ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin fəaliyyəti dövründə Mingəçevir şəhəri Qafqazın enerji mərkəzi idi. Müstəqilliyimizin ilk illərində Mingəçevir şəhəri respublikamızı elektrik enerjisi ilə təmin etmişdir.
2018-ci ildən etibarən cənab prezidentimizin çıxışından görünür ki, Azərbaycan nəinki özünü həmçinin Qafqaz regionunu elektroenergetika ilə təmin edəcəkdir. Mingəçevir istilik elektrik stansiyasının inşasında bizimlə birlikdə xarici şirkətlər – İtalyada iştirak edəcəkdir. Bu da İtalya – Azərbaycan ölkələrinin əlaqələrinin daha da inkişaf etməsi deməkdir. Cənab İlham Əliyev azad olmuş torpaqlarda da aparılmış bərpa yenidənqurma işlərindən danışdı.
Cənab Prezidentin çıxışından məlum oldu ki, 10-dan çox yarımstansiya, 10- dan çox su -elektrik stansiyası təhvil verilmişdir. Son illər Azərbaycanda elektro-energetika sahəsi çox sürətlə və uğurla inkişaf etmişdir. Bizim ölkəmizdə bərpa olunan enerji növlərinin inkişafı üçün çox böyük potensial var. Cənab prezidentimiz İlham Əliyev çıxışının sonunda bildirdi ki, respublikamız öz imkanlarından istifadə edərək nəinki energetika sahəsində, bütün sahələrdə daha böyük addımlar atacaqdır.