Slovakiya və Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət və etimad əsasında qurulub

Slovakiya və Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət və etimad əsasında qurulub

Kəmalə İbrahimli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 280 nömrəli tam orta məktəbin müəllimi

Slovakiya və Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət və etimad əsasında qurulub. Hər iki ölkənin istər  siyasi, istər iqtisadi, istərsə də humanitar sahədə əməkdaşlığı davamlı şəkildə genişləndirilir.

Azərbaycanın malik olduğu enerji resursları Avropanın təhlükəsizliyində vacib rol oynayır. Müasir infrastrukturla yanaşı beynəlxalq layihələrin sayəsində Azərbaycan bu gün bir çox ölkəni sabit və etibarlı qaz təchizatı ilə təmin edir.

İki ölkə arasında texnoloji bilik mübadiləsinin artmasının və istehsal sahəsində yeni imkanların yaranmasının başlıca səbəbi müdafiə sənayesi üzrə aparılan əməkdaşlıq olmuşdur. Bu sahədə aparı-lan danışıqlar gələcəkdə birgə layihələrin reallaşdırılması üçün bir zəmin yaradır.

Slovakiyanın sosial-iqtisadi inkişafı Azərbaycanın tərəfdar ölkə kimi onu daha yaxşı tanımasına və müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanların yaranmasına müsbət təsir göstərir. Ölkəmizin xarici siyasətində müstəqilliyin qorunması, regional sabitlik və beynəlxalq tərəfdaşlıq əsas istiqamətlərdəndir.

Slovakiya ilə artan əlaqələr yeni layihələrin maliyyələşdirilməsinə və əməkdaşlıq platformalarının genişlənməsinə şərait yaradır. Azərbaycanın enerji ehtiyyatları gələcək üçün güclü iqtisadi baza formalaşdırır. Neft və qazla yana-şı, bərpa olunan enerji sahəsində də yeni layihələr sürətlə inkişaf edir.