Silahlı Qüvvələrimizin formalaşması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır
Mürsəl Kazımov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin direktor müavini
Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Hər bir müstəqil dövlətin suverenliyinin təminatçısı onun ordusudur. Silahlı Qüvvələrimizin formalaşması müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Əsası Azərbaycan Xalq Cumhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir.
Azərbaycan ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevirildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkil olunmasının ən başlıca səbəbi ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi oldu. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bugün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komondanlığa tabe olan müasir hərb elminin tələblərinə cavab verən ordumuz Heydər Əliyevin başladığı Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Azərbaycan əsgəri undulmaz dahi liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümüdlər bəslədiyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda yeni-yeni zirvələr fəth edib, Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazıb. Bu bir reallıqdır ki, ordusuz bir dövlətin və ölkənin mövcudluğu mümkün deyil. Ordu hər bir ölkənin bütövlüyünün , suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Ordu həmişə dövlət üçün, xalq və millət üçün ən əziz anlayış olmuşdur.
Azərbaycan Ordusu Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Ordumuzun apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.
2020-ci ilin sentyabrında yeni ərazilər işğal etmək niyyəti ilə bütün vasitələrdən istifadə etməklə müxtəlif istiqamətlərdən torpaqlarımıza hücum edən düşmənin silahlı birləşmələri ağır məğlubiyyətə uğradıldı. Əks-hücum əməliyyatı üçün əmr verən Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev xalqa müracətində: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”
Beləliklə, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük zəfər qazandı. Bu müharibə ordumuzun gücünü dünyaya nümayiş etdiridi. Biz Ordumuzla qürur duyuruq. Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümumilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlək onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan möhkəm nizam-intizamı yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir odusu ilə fəxr edir.