Seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitədir

Seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitədir

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Hazırda Azərbaycan özünün ən güclü dövrünü yaşayır. Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində ölkəmiz dünyada öz sözünü demiş dövlətə çevrilib. Azərbaycan bu yerə öz gücü hesabına gəlib.

Bildiyimiz kimi 44 gün davam edən Vətən müharibəsində Ordumuz qələbə qazandı. Bu elə bir qələbə idi ki, xalq olaraq biz bunu 30 ildir ki, gözləyirdik. Çünki, torpaqlarımızın iyirmi faizi yağı düşmənin tapdağı altında inildəyirdi və bizi həsrətliklə gözləyirdi. Cənab Prezidentimizin düzgün siyasəti və Rəşadətli Odumuzun gücü sayəsində biz həsrət çəkmiş o torpaqlarımızı geri qaytara bildik. Hazırda Azərbaycan ərazi bütövlüyü qorunan demokratik bir dövlətdir.

Azərbaycan heç vaxt belə özgüvənli, qüdrətli, əzmli olmamışdır. Bu qələbədən sonra dünya ölkələri bizim gücümüzü daha yaxşı tanıdı. Hazırda bizə olan münasibət yaxşı səmtə dəyişib. Başqa ölkələr bizim döyüş taktikalarımızı mənimsəməyə can atır. Ölkəmizin uğurları durmadan artır və bu hal bizi çox sevindirir. Xalq olaraq biz ölkə başçımızın bu uğurlu siyasətini dəstəkləyir və hər an onun yanındayıq.

Hazırda tarixi hadisələrimiz davam edir. Onlardan biri Prezident İlham Əliyevin dekabrın 7-də növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkiləri keçiriləcək. 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkilərində xalq ölkədə aparılan demokratik islahatlara, Azərbaycanın qalib ölkə kimi tanınmasına səs verəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində Prezident seçkiləri reallaşacaq. 

Ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olan bu növbədənkənar Prezident seçkiləri eyni zamanda tarixə Zəfər seçkiləri kimi də tariximizə həkk olunacaq. Azərbaycanda keçirilən seçkilər həmişə azad və şəffaf şəkildə baş tutub. Ölkəmizdə demokratik, beynəlxalq təcrübəyə əsaslanan seçki sistemi həyata keçirlir. Bunun görə də, bütün siaysi partiyalar keçirilən seçkilərdə fəal iştirak edirlər. 

Şübhəsiz Azərbaycan xalqı seçkilərdə öz sərbəst iradəsini ifadə edəcək. Xalq yenə də güclü Azərbaycan naminə səsvermədə iştirak edib layiqli namizədə səs verəcəkdir.