Şərqlə Qərb arasında Azərbaycanın strateji rolu
Ziyafət Tağıyeva
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
İlk öncə Azərbaycanın Cənubi Qafqazda siyasi roluna toxunmaqda fayda vardır. Beləki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan, cənab Prezident İlham Əliyev və müzəffər ordumuz sayəsində qələbə çalaraq ərazi bütövlüyünü və tam suverenliyini təmin etmişdir. Beləcə, Azərbaycan həm öz tarixində, həm də Cənubi Qafqazda ərazi itirən dövlətdən, ərazisini və hərbi, siyasi, iqtisadi gücünü böyüdən dövlətə çevrilmişdir.
Azərbaycan bununla kifayətlənməyərək Türk dövlətlərinin birləşməsində də böyük rol oynamışdır. Beləki, Cənab Prezident TÜRKPA-nın üzvlərini qəbul etmiş və bu görüşlərdə türk dünyasının gələcəyinə dair mühüm qərarlar qəbul olunmuşdur.
Nəticədə bu görüş türk xalqlarının və dövlətlərinin gələcək inkişafı üçün zəmin yaratmışdır. Bu görüşlərin əsas mövzusundan biri nəqliyyat əlaqələrinin inkişaf etdirilməsidir. Belə ki, tarixi İpək Yolunun bərpası şərqlə qərbi həm iqtisadi həm də, siyasi baxımdan yaxınlaşdıracaqdır.
Azərbaycan həmçinin enerji təhlükəsizliyində də dünya üçün önəmli tərəfdaşdır. Artıq 30 ildir ki, respublikamızda Bakı Enerji Həftəsi çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil & Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” tədbirləri keçirilir. Bu tədbir enerji sektorunda innovasiya, tərəqqi və əməkdaşlığın təntənəsi kimi qeyd edilir.
Tədbirlərin keçirildiyi günlərdə ötən illər ərzindəki, Azərbaycanı uğurlu nümayiş etdirməklə yanaşı, sənaye sektorunun perspektiv inkişafı ilə bağlı prioritetlər də diqqətə çatdırılır. Bütün bunlar isə son nəticədə enerji siyasətinin uğurlu inkişafı ilə sözügedən sistemdə dayanıqlılıqla nəticələnir və beynəlxalq tərəfdaşlığın genişlənməsi daha da sürətlənir.
Nəticədə Azərbaycan bu siyasəti ilə nəyinki etibarlı partnyora eyni zamanda qərbin enerji himayəçisinə çevrilmişdir.