Şəhid Mehdi Fərzulla-zadə şəhadətinin beşinci ildönümündə ehtiramla yad edilib

Şəhid Mehdi Fərzulla-zadə şəhadətinin beşinci ildönümündə ehtiramla yad edilib

07 noyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov və digər rəsmi şəxslər, şəhid ailələri, qazilər və şəhidin doğmaları şəhid  Fərzulla-zadə Mehdi Zaman oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhid Mehdi Fərzulla-zadənin Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.