Radikal siyasi qüvvələr sağlam əməkdaşlığa, demokratik dəyərlərə söykənmir
Nizaməddin Ağcayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktoru
Ölkəmizdə çoxpartiyalı sistemin yaradılması demokratik mühitin formalaşmasında öz töhfəsini verir. Dialoq dövlətin, cəmiyyətin, millətin inkişafını şərtləndirən ən vacib elementlərdən biridir. Bu və ya digər məsələlərin həllinə nail olmaq, ölkədə inam və etimad mühitinin formalaşması üçün iqtidar və muxalifət nümayəndələri arasında siyasi dialoqun həyata keçirilməsi vacibdir və çox düzgün yoldur. Cənab prezident İlham Əliyev də öz çıxışlarında siyasi münasibətlərdə iqtidar və müxalifət arasında sağlam dialoqun vacibliyini dəfələrlə qeyd etmişdir.
Onu da qeyd etmək lazımdır ki, cənab Prezidentin də bu mövzularda yanaşması çox diqqətəlayiqdir. “Bəzən iqtidar nümayəndələrinin görmədiyi nöqsanları müxalifət nümayəndələri görsə, cəmiyyətin diqqətinə çatdırsa, bu çox təqdirəlayiq haldır”, - deyə vurğulamışdır. Həqiqətən də ,bütün siyasi qüvvələr üçün ən ümdə vəzifə ölkəmiz, onun suverenliyi, maraqlarımız olmalıdır. Belə olarsa, ümumi işimiz uğurla nəticələnər.
Vacib məsələlər sırasında Qarabağ məsələsi, siyasi partiyaların fəaliyyəti demokratiyanın inkişafı, iqtisadi azadlıqların təkmilləşdirilməsi, siyasi dialoqların tərkib hissəsi olmalıdır. Bu kimi ümumilli məsələlərdə düşünülmüş addım atmaq iqtidar kimi müxalifətin də vəzifə borcudur. Bəzi siyasi partiyaların ölkəmizə qarşı göstərdiyi çirkin, siyasi ayrımlara çevrilməməlidir. Radikal siyasi qüvvələrin fiqurları sağlam əməkdaşlığa, demokratik dəyərlərə söykənmir. Əksinə ölkənin parçalanmasına səbəb olur. Təbii ki, bu amil də peşəkar və demokratik qaydalara uyğun deyil.
Qeyd etmək lazımdır ki, bütün bu və ya digər məsələlər qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanunda bütün təfərrüat ilə öz əksini tapmışdır və müsbət münasibətə gətirib çıxarmışdır. Bu mərhələyə qədər diqqət yetirsək görərik ki, qanun geniş və əhatəli müzakirələr fonunda ilkin variantın təkmilləşməsi kimi ortaya çıxmışdır.
Siyasi dialoq mühitinin formalaşması sağlam əməkdaşlığın əsası olmaqla yanaşı, onu inkar edənlərin də məqsədini ifadə etməsinə imkan yaradır. Lakin nə həmin o qüvvələrin mövcudluğu, nə də radikal, hay-küylü və təxribatçı mövqeyi demokratik dəyərlərə yüksək önəm verir, Azərbaycanı tutduğu inkişaf yolundan çəkindirir. Azərbaycan xalqı, Azərbaycan siyasi partiyaları cənab Ali Baş Komandan İlham Əliyev yumruğunda birləşərsə, gələcək inkişafımız ,dövlətçiliyimiz uğurla irəliləyəcək.