Prezidentin Şuşa Qlobal Media Forumunda çıxışının xüsusi əhəmiyyəti vardır
Aynurə Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 279 saylı uşaq bağçası və körpələr evinin tərbiyəçisi
Azərbaycanın Prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. Şuşa şəhərində təşkil olunmuş Qlobal Media Forumunda “4-cü Sənaye İnqilabi dövründə Yeni Media” mövzusunda çıxışı zamanı dünya ictimaiyyəti bunu bir daha gördü. Prezidentimiz doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan Prezidentinin siyasi portretinə bütün dünyada dərin hörmət var.
lham Əliyev beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan nümayəndə heyətinin başçısı, yaxud üzvü kimi ABŞ, İngiltərə, Türkiyə, Fransa, Rusiya, Ukrayna, İsveçrə, Qazaxıstan, Özbəkistan, Slovakiya, Polşa, Gürcüstan və başqa ölkələrdə rəsmi səfərlərdə, o cümlədən dövlət səfərlərində olmuş, bir çox beynəlxalq konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir. Prezidentin Şuşa Qlobal Media Forumunda çıxışının xüsusi əhəmiyyəti vardır.
Prezident İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikası qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə, kredit alan dövlətdən kredit verən dövlətə çevrilərək inkişaf etmiş, Avropanın və bölgənin enerji təhlükəsizliyində mühüm rol oynayan, siyasi qərarların və nəhəng regional layihələrin hazırlanmasında və gerçəkləşdirilməsində söz sahibinə malik müstəqil siyasətcidir.
İndi isə Prezident İlham Əliyev ən müasir Azərbaycan dövləti quruculuğunun yeni mərhələsini həyata keçirir. İşğaldan azad edilmiş ərazilərin sürətlə ən yeni texnologiyalar əsasında “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyasına uyğun qurulması bunun bariz nümunəsidir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu inkişafda israrlıdır. Onu bu yoldan heç kim və heç nə döndərə bilməz!
Cənab Prezident İlham Əliyevin xarici siyasət strategiyası həm də regionun siyasi statusunu artırmaq, yeni reallıqlar yaratmaq, Qarabağ probleminin həllinə nail olmaq və aparıcı siyasi-iqtisadi güc mərkəzinin yaradılmasına nail olmaq idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadi layihələr müstəvisində yaradılan əməkdaşlıq platformaları qonşu ölkələr arasında daha etibarlı münasibətlərin bərqərar olmasını və regionun investisiya cəlbediciliyinin artmasını təmin etdir.
Bu baxımdan Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı, həm də nəqliyyat, enerji, təhlükəsizlik, ticarət və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri regionun qlobal geosiyasi xəritəsində yeni statusunu müəyyən edir.