Vəfa Əzizova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin müəllimi
Xalq olaraq torpaqlarımızın 30 ilə yaxın bir müddətdə işğalda olması nəticəsində erməni barbarlarının əsil simalarını gördük. Ermənilər nəinki əliyalın əhaliyə qarşı qəddarlıq etməklə kifayetleniblər, hətta mədəniyyət abidələrimizi dağıtmaqla tarixi izlərimizi silməyə cəhd ediblər. Torpaqlarımızda törədilən ekoloji terror isə ən yüksək həddədir. Bütün bu kimi acınacaqlı hadisələr bir daha bu Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda Cənab Prezidentimizin çıxışında önəmli yer almışdır. Lakin bütün bu hadisələrə rəğmən biz Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün vacib addımlar atmağa çalışırıq. Məhz buna görə də Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlanması üçün 5 prinsip təklifləri irəli sürüb. Ermənistan da bu təkliflərə müsbət cavab verib.
Cənubi Qafqazda dayanıqlı sülhün və eyni zamanda iqtisadi inkişafın təmin olunması ilk öncə mövcud olan region dövlətlərindən asılıdır. Həmçinin bunun üçün Qarabağda yaşayan ermənilər də bunu anlamalı və revanşist ideologiyalara uymamalıdırlar. Dövlətimiz onları Azərbaycan vətəndaşı kimi qəbul etmək üçün lazımı təklifləri irəli sürüb. Aydındır ki hər iki xalq üçün barışıq mövqeyinə keçmək çətindir. Lakin bundan başqa çıxış yolu da yoxdur.
Cənab Prezident İlham Əliyev Qarabağda yenidən həyatı dirçəltmək yolunda atılan addımları bir daha öz çıxışında vurğulayib. Ilk növbədə minaların təmizlənməsi ilə bu prosesə başlanılıb. Regionda dayanıqlı iqtisadi inkişafı təmin etmək üçün ilkin olaraq yeni nəqliyyat infrastruktur. yeni kommunikasiya xətləri qurulmalı və bərpa edilməlidir. Bütün bu proseslerin uğurla davam etməsi üçün qarşılıqılı əməkdaşlıq vacib amildir. Əgər Ermənistan bütün bu təşəbbüslərdən kənar qalacaqsa biz dolayı yollardan istifadə edəcəyik. Bütün bunları vurğulamaqda Cənab Prezidentimizin məqsədi bir daha konfrans istirakçılarının diqqətinə dayanıqlı sülhün və davamlı iqtisadi inkişafın yolunun əməkdaşlıqdan keçdiyini çatdırmaqdır.
Şuşa bəyənnaməsi ilə dövlətimiz bir daha dünyaya mesaj verdi. Dövlətimiz Rusiya və Türkiyə ilə qarşılıqlı tərəfdaşlıq və müttəfiqlik fəaliyyəti haqqında bəyənnamə imzalanması bizim gələcək planlarımzdan xəbər verir. Regionun güclü iqtisadi inkişafın təmin etmək üçün milyardlarla vəsaiti silahlara deyil iqtisadi inkişafa yönəltmək vacibdir.
10 noyabr razılaşmasından sonra Kəlbəcərdən çıxmaq üçün 10 gün əlavə vaxt istəyərkən Ermenistana vaxt verildi. Lakin onlar bu vaxtdan ən çətin relyefləri minalamaq evləri, yandırmaq ağacları kəsmək məqsədilə istifadə etdilər. Biz tarixə nəzər salarkən ermənilərin bizim torpaqlarımıza Gülüstan və Türkmənçay müqavilələrindən sonra Şərqi Anadoludan köçürülməsi haqqında daha dəqiq məlumatlara rast gəlirik. Lakin ermənilər də unutmamalıdılarki biz sərhədlərimizin delimitasiya və demarkasiyası zamanı 1918 ci ildən sonrakı dövr xəritələrinə nəzər salırıq. Eyni zamanda biz bu ili Şuşa ili elan etmisik, Şuşa xalqımızın mədəniyyət ocağı qəhrəmanlıq qalasıdır.