Prezident Ulu Öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir

Prezident Ulu Öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir
Elburus Xəlilov
Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Birinci Qarabağ müharibəsi Azərbaycanda böyük humanitar fəlakətə səbəb olmuşdur. Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə idi, milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi.

Azərbaycan xalqı tarix boyu güclü xalq olaraq tanınıb. Elə buna görədə birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə xalq olaraq barışmadıq, əksinə güc topladıq. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılması bizi inamla ayaqda tutdu. Dövlət başçısı Möhtərəm Prezident İlham Əliyev Ulu Öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir. 

Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. Xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirən Prezident Cənab Ali Baş Komandan İlham Əliyevə yaşadığımız, uzun illərlə həsrətində olduğumuz zəfərli günlərimizə görə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm Prezident Azərbaycan Ordusunun tarixi Zəfəri ilə bitən Vətən müharibəsi Sizin ordu quruculuğuna ayırdığınız yüksək diqqət və qayğının nəticəsi idi. Azərbaycan xalqı müzəffər xalq, qalib dövlət kimi yaşayır bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaqdır. Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Əldə etdiyimiz Qələbə Tarixdə əbədi qalacaq. Bu Qələbə ədalətin təntənəsidir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Xalqımızın yeni şanlı tarixinin Zəfərini  "Şəhid olaram, bir qarış torpağımdan keçmərəm" deyən oğullar yazdı. Torpaqlarımızın işğaldan azad olunmasında canından keçən şəhidlərimizə Allahdan rəhmət qazilərimizə şəfa diləyirəm. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Qoy onların ruhları daim şad olsun çünkü uğrunda canlarından keçən Vətən torpağının hər bir qarışı azad və bayrağımız yüksəklərdə dalğalanır.