Prezident Türk Dövlətləri Təşkilatının birliyinin əhəmiyyətini xüsusi qeyd edib

Rəvanə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 265 saylı körpələr evi və uşaq bağçasının müdiri
2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Bu mötəbər toplantı Türk dünyasının həmrəyliyinin, əməkdaşlığının və birliyinin bariz nümunəsi kimi tarixə düşdü.
Dövlət başçısı onu vurğuladı ki, regionda sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsi iqtisadi yüksəlişin, sosial rifahın və gələcək nəsillərin təhlükəsiz həyatının təminatı üçün vacibdir.
Azərbaycan rəhbəri Türk dünyasının ortaq dəyərlərinə, dilinə və tarixən formalaşmış qardaşlıq bağlarına söykənərək birgə fəaliyyətin gələcəkdə daha da genişlənəcəyinə inamını ifadə etdi.İlham Əliyev çıxışında sülhün və təhlükəsizliyin qorunması istiqamətində Azərbaycanın gördüyü işlərdən də danışdı. O qeyd etdi ki, yalnız ədalətə, beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan münasibətlər regionda davamlı sabitlik yarada bilər.
Zirvə görüşü Türk dövlətlərinin birliyini daha da möhkəmləndirdi və bir daha göstərdi ki, sülh, təhlükəsizlik və əməkdaşlıq gələcəyə aparan yeganə yoldur.