Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı İtaliya mətbuatında yüzədək məqalə, məlumat və videoreportajlar yayımlandı

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı İtaliya mətbuatında yüzədək məqalə, məlumat və videoreportajlar yayımlandı

Nəcibə Məmmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

N.Rəfiyev adına 104 nömrəli tam orta məktəbin müəllimi

Sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya ikigünlük işgüzar səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf etdi. Bu, Prezident İlham Əliyevin İtaliyaya yeddinci səfəri idi. Səfər çərçivəsində dövlət başçımız İtaliya prezidenti Sercio Mattarellanın, italiya Nazirlər Şurasının sədri Mario Draqinin və “The European House-Ambrasetti” beyin mərkəzinin dəvəti ilə Beynəlxalq Çernobbio Forumunda iştirak etdi.

İtaliya üçün xüsusi önəm kəsb edən ölkələrin dövlət və hökumət başçıları, rəsmi şəxsləri forumun ilk gününə dəvət edildi. Bu, Prezident İlham Əliyevin dünyada artan siyasi nüfuzunun göstəricisidir ki, illərdir davam edən nüfuzlu forumun təşkilatçıları əsas qonaq qismində məhz Azərbaycan Prezidentinə dəvət göndəriblər.

Sayca 48-ci olan forumun əsas plenar iclasında Prezident İlham Əliyev “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etdi. Çıxışı zamanı bir sıra məsələlərə toxunan Prezident Azərbaycanın Avropanın enerji təminatının əsas təchizatçılarından biri olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkədir. Məlumdur ki, neft və qaz kimi təbii sərvətlər tükənə bilər və gələcək alternativ enerji növlərindədir. Azərbaycan da təbii olaraq bu sahəyə xüsusi diqqət göstərir.

Oz dolğunluğuna görə seçilən çıxış KİV-in marağına səbəb oldu. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı İtaliya mətbuatında yüzədək məqalə, məlumat və videoreportajlar yayımlandı. Dünyanın səkkizinci böyük ölkəsi olan İtaliya ilə Azərbaycanı sadəcə enerji və iqtisadi inkişaf məsələləri bağlamır. Bu iki ölkəni bağlayan məsələlərdən biri də təhsil sahəsindəki əməkdaşlıqdır.       

Səfər çərçivəsində çox mühüm tarixi hadisə yaşandı. Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı oldu. Binada ilk tədbir təhsillə bağlı idi. İtaliya və Azərbaycan universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edildi. Belə ki ADA Universiteti və İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasından akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirildi.

Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri zamanı Avropa məkanı üçün əhəmiyyət kəsb edən mühüm bəyanatları və çıxışları beynəlxalq aləmin də diqqətini cəlb etdi. Prezident beynəlxalq Çernobbio forumundakı çıxışı ilə Azərbaycanın Cənubi Qafqazdakı nüfuzunu və rolunu bir daha dünyaya nümayiş etdirdi. Bütün bu faktlar Azərbaycanın və Prezident İlham Əliyevin dünyada artan siyasi nüfuzunun nəticəsidir.