Prezident İlham Əliyevin milli maraqlarımızı ifadə edən sülh təkliflərini Avropa İttifaqı Şurası da dəstəkləyir

Prezident İlham Əliyevin milli maraqlarımızı ifadə edən sülh təkliflərini  Avropa İttifaqı Şurası da dəstəkləyir

Vəfa Əzizova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan regionda söz sahibinə çevrilməsi Prezident  İlham Əliyevin apardığı uğurlu siyasətin faktiki sübutudur. Biz bu siyasi kursun sülh danışıqlarını gətirməsi və sülh prosesini sürətləndirməsini şahidi oluruq. Avropa İttifaqının Şurasının prezidenti Şarl Mişel tərəfləri 6 aprel 4 yarıçlıq saatlıq görüşündən sonra çıxışında bir daha vurğulayaraq bildirir ki, sülhün hazırlanmasına başlanması prossesi sürətlənir, bununla da Prezident İlham Əliyevin dünya liderləri sırasında yüksək nüfuz sahibi olması özünü daha çox göstərir.

Prezident İlham Əliyevin Azərbaycanın maraqlarını müdafiə edən sülh təklifi Avropa İttifaqı Şurasının sülhün təyin olunması mövqeyində dəstəyini qazanmışdır. Sülhün imzalanması istiqamətində atılan addım 5 maddədən ibarət təklifdə əsas yeri dövlətimizin ərazi bütövlüyü və sərhədlərimizin bərpası tutur. Bu məqsədlə hər iki dövlətin sərhəd komissiyasının iclasının keçirilməsi ilə bağlı əldə olunan razılıq çox əhəmiyyətli məqamdır. Eyni zamanda hər iki dövlətin Xarici İşlər Nazirliklərinə sülh müqaviləsinin bağlanması prosesi başlanması məqsədi ilə vacib tapşırıqlar verilmişdir. 6 aprel tarixli Brüssel görüşündən sonra Avropa İtifaqaqının şurasının Prezidenti mətbuata açıqlamasında və çıxışlarında “Dağlıq Qarabağ” coğrafi terminini işlətməməsi artıq Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurlu göstəricisidir. Bununla bərabər “ATƏT-in Minsk” qrupunun fəaliyyətinin də əhəmiyyətsizliyi və lazımsız quruma çevrildiyini göstərir.

İrəli sürülən 5 maddədən ibarət təklifdə toxunulan vacib məsələlərdən biri də Nəqliyyat kommunkasiya xətlərinin bərpasıdır. Dövlətimizin bütün milli maraqlarını qoruyan prinsiplər bu 5 maddədə öz əksini tapmaqla cənab Prezidentin siyasi bacarığını əks etdirir. Nəticə etibari ilə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel də Avropa İttifaqında Cənub Qafqazda sülhün, əmin-amanlığın, rifahın tərəfdarı olduğunu ifadə edib. Məhz buna görə də Prezident İlham Əliyevin fikirlərini yüksək dəyərləndirmişdir.

Avropa İttifaqı azad olunmuş ərazilərin minalardan təmizlənməsi, həlak olan və itkin düşmüş şəxslərin tapılmasında dövlətimizə öz dəstəyini əsirgəməyəcəyin bildirmişdir. Eyni zamanda əks tərəfində sülh təklifinə biganə yanaşmaması və xalqların arasında beynəlxalq əlaqələrin bərpa olunması yolunda maneələrin aradan qaldırılması üçün dəstəyini göstərəcəkdir.  Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət və xalq prezident birliyi, 44 günlük Vətən Müharibəsində qələbənin təmin olunması bir daha İlham Əliyevin xalqın yüksək rəğbətini qazandığını dünya birliyinə nümayiş etdirdi.

 Avropa İttifaq və Şurasının dünyada nüfuzlu iqtisadi, siyasi mərkəz olmaları dünya dövlətlərinə aydındır. Avropa İttifaqı Şurası Azərbaycanın sərhədlərinin demokrasiyası və qoşunlarının dislokasiyasının heç bir narahatlıq keçirmir, buna dövlətimizin daxili işi kimi doğru yanaşma mövqeyi tutur. Prezident İlham Əliyev bütün dünyada xalqımızın mənafeyini, maraqlarını qətiyyətli şəkildə qorumaqla nüfuzlu dövlət xadimi lider olaraq dəyərləndirilir. Nəticə etibarı ilə cənab Prezidentimiz doğru mövqeydən çıxış edərək, öz məqsədinə uğurla nail olmaqda davam edir.