Prezident İlham Əliyev biz gəncləri diqqət mərkəzində saxlayır və qayğı ilə yanaşır
Rəqsanə Kərimova
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi
Mən Kərimova Rəqsanə Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qrupları fakültəsində təhsil alıram,19 yaşım var. İkinci kurs tələbəsiyəm. 18 yaşımdan YAP-ın üzvüyəm. Mənim həyatımda verdiyim ən önəmli qərarlardan biri YAP-a üzv olmaq idi . Bir gənc kimi YAP- ın mənə faydaları çox olub. YAP-da keçirilən tədbirlərin, intellektual yarışların və bir çox fəaliyyətlərin hər birində iştirak edərək həm maariflənib, həm inkişaf edirəm.
Mən özüm gənclər üçün təşkil olunan “Nə, Harada, Nə Zaman” adlı intellektual yarışda iştirak etmişəm. Bu yarışdan sonra gördüm ki, verilən məlumatları tez analiz edib, nəticə çıxarmaq bacarığım inkişaf edir. Dövlətimiz gənclərimizin bacarıq və qabiliyyətlərinin inkişaf etməsi, maariflənməsi üçün hər cür şərait yaradır, gənclərimizə hər mövzuda dəstək göstərir. YAP- ın Prezident cənab İlham Əliyev gənclərimizi diqqət mərkəzində saxlayır və onlara qayğı ilə yanaşır.
Gənclərimizin maariflənməsi, bacarıq və qabiliyyətlərini inkişaf etdirməsi üçün hər cür tədbirlər həyata keçirilir. Bildiyimiz kimi, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək, sizin hər birinizdən seçkidə iştirak etməyinizi xahiş edirəm.
Əziz gənclər, nəzərinə çatdırım ki, Zəfər seçkisi adlandırdığımız bu seçki 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarından sonra keçirilən ilk seçkidir. Hər biriniz bu seçkidə iştirak etməklə böyük qələbələrə, dövlət bayrağımızın bütün tarixi torpaqlarımızda dalğalanmasına səs verəcəksiniz.
Əziz gənclər, hər birinizə məlumdur ki, bizə azad və aydın gələcəyi bəxş edən namizədimizin heç bir təbliğata ehtiyacı yoxdur. Hamınız bilirsiniz ki, cənab Prezident öz 20 illik fəaliyyəti ilə bütün könüllərdə, eyni zamanda da gənclərin qəlbində böyük sevgi yarada bilmişdir. İndi isə bizim üzərimizə düşən məsuliyyət həmyaşıdlarımızla birgə Xankəndində, Şuşada, Qan yaddaşımız Xocalıda və digər işğaldan azad olunmuş torpaqlarda bizə səsvermə hüququ verən, bizi müzəffər, qalib xalqa çevirən cənab İlham Əliyevin ətrafında sıx birləşməkdən ibarətdir.
Əziz gənc dostlarım, 2 fevral Gənclər Gününü qeyd etdikdən sonra bütün gücümüzlə, 7 fevralda seçkilərdə hər birimiz səs verməyə gedirik, günün sonunda isə qələbəmizi bir yerdə toy-bayram edirik.