Praqa sammitində proseslərdə yeni vektor çızıldı
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şərhçi
0ktyabrın 6-da Praqada Avropa Şurasının prezidenti Şarl Mişelin və Fransanın prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Bu görüş iki hissədən ibarət olmaqla beş saatdan artıq çəkmişdi. Görüşün yekunlarında bəyanat verildi. Həmin Bəyanatda görünür ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır.
Bu görüş indiyə qədər əldə edilən diplomatik uğurlarımızdan biridir: Düzdür, 1991-ci ildə biz Ermənistanın, Ermənistan da Azərbaycanın ərazi bütövlüyümüzü tanıyıb. Lakin sonradan Ermənistan Azərbaycan torpaqlarını 30 %-i işğal etdi. Azərbaycanın ərazi bütövlüyünün pozulması, Ermənistan tərəfindən işğal olunması və Qarabağın Azərbaycanın olmasını beynəlxalq tribunalarda bildirdi. Praqa sammitində artıq dünya ictimaiyyəti Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını qəbul etdi. Bu, Azərbaycan Prezidentinin apardığı məqsədyönlü və qətiyyətli siyasətin nəticəsidir.
Azərbaycan etibarlı tərəfdaş ölkə kimi tanınır: Bu görüşdən sonra Azərbaycan televiziyasılarına müsahibə verən prezident İlham Əliyev qeyd etdi ki, artıq dünya ictimaiyyəti Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olmasını qəbul edir. Azərbaycan ərazisinda yaşayan ermənilər Azərbaycanda yaşayan digər xalqlar kimi hüquqlara sahibdirlər. Azərbaycanda ermənilərdən başqa digər xalqlar da yaşayır, onlardan heç biri milli azlıq kimi təzyiqə məruz qalmayıb. Onlar da Azərbaycan vətəndaşı olaraq hüquq və vəzifələrdən istifadə edə bilərlər. Praqa görüşü sözün əsl mənasında yeni bir vektor çızdı. Çünki illərdir ki, Ermənistanı sülh müqaviləsi bağlamağa dəvət edirik. Ancaq onlar bu və ya digər səbəblərdən sülh müqaviləsini bağlamağı uzadırlar.
Praqa görüşünün nəticələrindən sonra Ermənistan ərazi bütövlüyümüzü tanıdı. Bəyan oldu ki, sülh müqalivəsinin mətni hazırlanacaq. Güman edirəm ki, ilin sonuna qədər sülh müqaviləsi tamamilə imzalanacaq. Bu işdə Avropa İttifaqı aktivlik göstərir. ABŞ da görüşün nəticələrini yüksək qiymətləndirdi. Təəssüf ki, Rusiya Ukrayna ilə müharibədə olduğu üçün bu proseslərdən bir qədər uzaqlaşıb. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüş ilə bağlı Rusiyanın siyasi cəmiyyəti Cənubi Qafqazda sülh ola bilməyəcəyi ilə əlaqədar pozucu bəyanatlar səsləndirirlər. Güman edirəm ki, Azərbaycanın apardığı qətiyyətli siyasət ilə destruktiv qüvvələr başa salınacaq, sülhə mail olunacaq.
Erməni tərəfinin Azərbaycanla razılaşmaqdan başqa yolu yoxdu. Aparılan qətiyyətli siyasət və irəli sürülən beş əsas prinsip BMT-nin nizamnaməsinə və beynəlxalq sülhün bərqərar olması ilə əlaqədar məsələlərdir. Ermənilər məcburiyyət qarşısında beş prinsip ilə razılaşdılar . Bu da Azərbaycanın düz istiqamətə yönəldiyini göstərir. Ona görə də mən güman edirəm ki, Praqada keçirilən dördtərəfli görüşdə Azərbacanın ərazi bütövlüyünün tanınması böyük nəticədir. Praqa görüşünən sonra Avropa İttifaqının monitorinq qrupu Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək. Bu isə sərhədlərin delitimasiya və demarkasıyası üçün vaxtı daha tezləşdirəcək və ortaya çıxacaq problemləri həll edəcək”.