Ordumuza aid maşın karvanında "Z" hərfi: İzahı budur - Foto

Ordumuza aid maşın karvanında "Z" hərfi: İzahı budur - Foto

"Hərbiçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir". 

Bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Azərbaycan Ordusunun qoşun növləri həm havada, həm də quruda qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib.


"Hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan/qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub (texnikaların üstünə və yanlarına). Fotolardan göründüyü kimi, adi Z-dən fəqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil. Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərnən istifadə edirsə, bu o demək deyil ki, biz həmən hərfləri əlifbamızdan çıxarmalıyıq. Odur ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq və onları gələcək qələbələrə ruhlandırmalıyıq".