Ordu quruculuğu Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da güclənmişdir

Ordu quruculuğu Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da güclənmişdir

Rəna Məmmədova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 269 saylı uşaq bağçası və körpələr evinin tərbiyəçisi

1918-ci ildə müstəqillik əldə edildikdən sonra Səməd bəy  Mehmandarov hərbi nazir, vətənə yeni qayıtmış Əliağa Şıxlınski onun müavini təyin edilmişdir. Lakin bu müstəqilliyin ömrü çox az olmuşdur. Cəmi 23 ay davam etmişdir. Sovet hakimiyyəti 70 il Azərbaycanı öz əsarətində saxlamışdır.

1988-ci ildə Azərbaycanda milli azadlıq hərəkatı başlandı. Xalq Rusiyanın əsarətindən çıxmağı tələb etdi. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdi. Azərbaycan xalqı öz arzusuna çatdı. Bu müstəqilliyi qoruyub saxlamaq üçün güclü bir orduya ehtiyac var idi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. İlk dəfə Azərbaycan Respublikasının Prezidenti Ulu Öndərimiz Heydər Əliyevin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix 9 oktyabr Azərbaycan Respublikası  Silahlı Qüvvələr günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Ulu Öndərimiz Ordu quruculuğuna çox böyük önəm vermiş və belə ifadə etmişdir. “Güclü Ordu dövlətin müstəqilliyinin təminatçısı, qarantıdır. Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı göz önündə saxlasın”.

Müstəqil ordu quruculuğu Prezident İlham Əliyevin hakimiyyəti dövründə dahada  möhkəmlənmiş və güclənmişdir. 30 il əsarətdə qalan Qarabağ torpaqlarının azad edilməsi bunun bariz nümunəsidir. Azərbaycan Ordusunun Dağlıq Qarabağda 44 gün davam edən hərbi əməliyyatı uğurla nəticələndi. Ordumuz üçrəngli bayrağımızı Şuşada dalğalandırdı. Prezident İlham Əliyev ordu haqqında belə demişdir. “Azərbaycan Ordusu Dünyanın ən güclü orduları sırasındadır.” Bizim ordumuz, bizim qürurumuzdur.”

Biz bundan sonra qürur hissi ilə yaşayacağıq. Müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi.” Biz Silahlı Qüvvələr gününü artıq Müzəffər ordu və qalib xalq kimi qeyd edirik.