Ölkəmizdə   kosmik  sənaye   üzrə   müasir  infrastruktur  yaradılmışdır

Ölkəmizdə   kosmik  sənaye   üzrə   müasir  infrastruktur  yaradılmışdır

Aidə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 273 saylı körpələr evi və uşaq bağçasının müdiri

2 oktyabr   2023-cü  il  tarixində  Bakı  Kongres  Mərkəzində 74-cü  Beynəlxalq  Astronovtika   Konqresi  keçirildi. Tədbirdə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev, birinci  xanım  Mehriban Əliyeva  və  oğulları  Heydər  Əliyev  iştirak  ediblər. 50  il  bundan  qabaq  1973-cü  ildə  Bakıda  24-cü  Beynəlxalq  Astironavtik    Konqresi  keçirilmişdir.  Lakin  o zaman  biz  başqa  ölkənin  SSRİ  tərkibində  idik. 50  il  sonra  Azərbaycanın  yenidən  ev  sahibliyi  etməsi  böyük  rəmzi  məna  daşıyır. Qürur verici haldır ki, konqres  suveren, azad  ölkəmizdə keçirilmişdir.   

Dünya  miqyasında  ən  mötəbər  tədbirlərdən  biri  olan  bu  Beynəlxalq  Konqresin  ikinci  dəfə  Azərbaycanda  keçirilməsi  ölkəmizdə  kosmik  sənayenin  inkişafına  Beynəlxalq  Astironavtika Federasiyası  ilə  əməkdaşlığın genişləndirilməsinə, qlobal  kosmos  sənayesinə  daha  yaxından  inteqrasiya  etməyə  imkanlar  yaradır. Azərbaycan  10  ildən  artıqdır  ki,  beynəlxalq  kosmik  ailənin  üzvü  olub. Ölkəmizdə   kosmik  sənaye   üzrə   müasir  infrastruktur  yaradılmışdır. İnformasiya    təhlükəsiziliyinin  vacib  komponenti   olan  telekommunasiya  peykləri  orbitə   buraxılmışdır. Mövcud  peyk  şəbəkəsi   ölkəmizin  suverenliyinin  qorunması  ilə  yanaşı, onun sosial  və  iqtisadi  inkişafında  böyük  dəstək  verir. Bununla da  Azərbaycan beynəlxalq   icmada  böyük  nüfuz  qazanmışdır.

Bu gün  ikisi  telekomunikasiya , biri  isə  Yer   səthinin   müşahidəsi  peykinə  malik  olaraq,  Azərbaycanda  kosmik  sənayenin  inkişafı  davam  edilir. Bu üç  peyk  azərbaycanlı  mütəxəsisslər  tərəfindən idarə  olunur  və  onlar  45 ölkəyə  xidmət  göstərirlər. Müstəqillik  dövründə  Azərbaycan  beynəlxalq  ictimaiyyətin  fəal  üzvünə  çevrilib. Azərbaycan  çoxsaylı  siyasi, iqtisadi  və  regional  inkişaf layihələrdə  iştirak  edir. 4 ildir  ki, Azərbaycan  Qoşulmama  Hərəkatına   sədrlik  edir  və  bu  şərəfə  120  dövlətin  yekdil  qərarı  ilə  layiq  görülüb.

Hər  bir  ölkə  ücün  coğrafi  yerləşmə  böyük  əhəmiyyət  kəsb  edir. Coğrafiya  fürsət  deməkdir.  Əsrlər  boyu  biz  qonşularımız  ilə  yaxşı  münasibətlər  qurmuşuq. Əsrlər  boyu  Azərbaycan çoxmədəniyyətli   və  çoxkonfesiyyalı  cəmiyyətə   malik  olub.  30  ildən  artıq  Azərbaycanda  yaşayan  bütün  etnik  qrupların  və  bütün  dini  konfesiyyaların  dinc  birgə  yaşayışı  təmin  olunub. Biz  bir ailə  kimi  yaşayırıq.

Ərazi  bütövlüyümüzün və  suverenliyin  bərpasında  əldə  etdiyimiz  təcrübə  unikal  oldu. Azərbaycan  öz  beynəlxalq  hüququnu  bərpa  etdi. İndi  isə  Qafqazda  sülh  üçün  vaxt  yetişib. Sülh və birgə əməkdaşlıqlar  regionun  çiçəklənməsinə, firavan yaşayışa  səbəb  olacaqdır.