Novruz Bayramı Yuneskonun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir
Səidə İmanova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 270 saylı körpələr evi və uşaq bağçasının müdiri
Novruz bayramı Şomal yarımkürəsində astronomik yayın başlandığı, gece-gündüzün bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yay fəslinin gəlməsini təbiətin canlanması ilə bağlanmış, bu münasibətlə şənliklər keçirilmiş, onu yeni ilin başlanğıçı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, İraq, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir çox Şərq ölkələrində baharın-yeni ilin gəlişini şənliklə qarşılayırlar. Martın 21-də İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz dostluq, həmrəylik, yüksək mənəviyyat bayramdır.
2009-cu il sentyabr ayının 30-da Novruz Bayramı Yuneskonun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT-nin Baş Assambleyasında 64-cü sesyada iclasda Mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edirik. Bu ali məqsədləri, ali fikirləri, ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa,həmrəliyə,qarşılıqlı anlaşmaya dəvət ediblər.
Ulu Öndər Heydər Əliyev 21 mart 2000-ci il tarixində xalqımızın müqəddəs bayramı olan Novruz bayramında etdiyi unudulmaz çıxışında demişdi: “Novruz bayramı bizim hamımıza nikbinlik verir,hamımızda nikbin əhval-ruhiyyə yaradır. Mən sizi əmin edirəm ki, bizim bu nikbinliyə haqqımız var. Apardığımız iqtisadi siyasi, daxili və xarici siyasət Azərbaycanın həyatını gündən-günə yaxşılaşdıraca, Azərbaycan yüksələcək və respublikamızda hər bir vətəndaş öz hüquqndan istifadə edib rahat yaşayacaq.”
1996-cı il 21 mart Ulu öndər Heydər Əliyev Bakının Gənclər meydanında -Qoşa qala qapısında Novruz şənliyində çıxış etmişdi. O söyləmişdi ki,biz torpaqlarımızın azadlığını , ərazi bütövlüyünü, təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyini söyləmişdi.
20 mart 2021-ci il tarixində Ulu Öndərin layiqli davamcısı ,Azərbaycan Respublikasının Prezidenti , Ali Baş komandan İlham Əliyev II Qarabağ müharibəsinin şanlı zəfərindən sonra ilk dəfə Qarabağda, mədəniyyət beşiyimiz olan Şuşa şəhərində ,Cıdır düzündə Novruz alovunu yandıranda söyləmişdiki , biz bu günü çox gğzlədik. Hər il hər birimiz, xüsusilədə keçmiş məcburi köckünlər hər dəfə bayram ərəfəsində, bayram günlərində deyirdilər ki, inşallah gələn il azad edilmiş torpaqlarda qeyd edərik. Artıq bu arzularımız həyata kecdi, bir reallığa cevrildi. Şadam ki, Novruz bayramını biz burda doğma Qarabağda qeyd edirik.