Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi

Mehriban Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin müəllimi
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın Müstəqilliyini dünyaya bəyan etdi. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə yaranan ilk respublika idi.1918-ci il dekabrın 7-də parlament yaradıldı. Bu parlamentin qəbul etdiyi qanunlar müstəqilliyimizin möhkəmləndirilməsində, respublikada siyasi,iqtisadi,mədəni inkişafın təmin olunmasında mühüm rol oynadı
Cəmi 23 ay mövcud olsa da Azərbaycan tarixində parlaq iz qoydu. Gələcəkdə yaranan respublikanın inkişafına təkan verdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” konstitusiya aktı qəbul olundu. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: ”Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”.
1990-cı illərdə Azərbaycanın müstəqilliyi təhlükə altında idi,lakin 1993-cü ildə Heydər Əliyev II dəfə hakimiyyətə qayıdışı nəticəsində müstəqilliyimizi qorudu. Ulu Öndər deyirdi: ”Müstəqilliyi qorumaq,saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin vəzifədir”. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir.
1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığı sual altında idi. Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdır.
Milli Məclisin 2021-ci il oktyabr ayının 15-də Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinə əsasən Mayın 28-i Müstəqillik Günü,oktyabrın 18-i isə Müstəqilliyin Bərpası günü elan edildi.
İndi hər bir azərbaycanlı bu şanlı tarixlə qürur quyur. AXC dövlətçilik ənənələrini formalaşdırdı. AXC 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratdı. Müstəqil Azərbaycanımızın bayrağı olan üçrəngli,ay-ulduzlu bayrağımız məhz Azərbaycan Xalq Cümhuriyyətinin bizə mirasıdır.
Bu gün AXC-nin varisi olan Azərbaycan Respublikası müstəqil addımlarla irəliləyir.Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik etdiyi, bu günki Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu, gücü və qüdrəti bunu təsdiq edir.
Cənab İlham Əliyevin sözləri ilə desək: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir”.
Müstəqilliyimiz əbədi, dönməz və sarsılmaz olsun!