Müşavirədə qarşıya qoyulan vəzifələr və qəbul edilmiş regional proqramlar...

Müşavirədə qarşıya qoyulan vəzifələr və qəbul edilmiş regional proqramlar...

Ülkər Kazımova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 279 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə ölkənin daxili bazarda əsas ərzaq məhsulları ilə özünü tam təmin edə bilməsi milli təhlükəsizlik məsələsi kimi qarşıya hədəf kimi qoyulmuşdur. Hazırkı statistik durum və hədəflər aşağıdakı kimidir:

Digər dənli bitkilər üzrə mövcud vəziyyət prinsip etibarilə müsbətdir. Hazırda daxili tələbatın 95 faizini özümüz təmin edirik, idxal asılılığı olduqca cüzidir. Daxili tələbatın 84 faizi yerli istehsal hesabına ödənilir. Ölkədə 150 min ton daxili istehsal mövcuddur, idxal isə cəmi 30 min ton təşkil edir.

Kənd təsərüffatının inkişafı ilə bağlı keçirilmiş müşavirədə qeyd olumuşdur ki, yaxın gələcəkdə ət, süd və quş əti məhsulları üzrə daxili bazarda 100 faizlik tam özünütəminat səviyyəsinə yüksəlmək əsas strateji vəzifə olaraq müəyyən edilmişdir. Tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə sahəsində də mövcud vəziyyət yüksək qiymətləndirilir və bu sahələr ixrac potensialı baxımından vacibdir.

Qlobal səviyyədə gedən mənfi meyllərin (iqlim dəyişiklikləri, su qıtlığı və s.) yerli kənd təsərrüfatına mənfi təsirlərini minimuma endirmək məqsədilə intensiv və institusional üsullara keçid sürətləndirilməlidir. Hər bir əkin üçün yararlı torpaq sahəsinin öz xüsusi pasportu olmalıdır. Bu, torpaqlardan səmərəli istifadəni və münbitliyin qorunmasını elmi əsaslarla tənzimləməyə imkan verəcək. Aqroparkların yaradılması aqrar sahənin inkişafında böyük rol oynamışdır. İntensiv bağçılıq, müasir istixana kompleksləri və məhsuldarlığın artırılması əsas prioritetlərdir. Son illər ərzində ümumi məhsuldarlıqda ciddi artım qeydə alınmışdır.

Kənd təsərrüfatı texnikası ilə təminatın yüksəldilməsi, yerli gübrə istehsalının artırılması və logistik infrastrukturun gücləndirilməsi diqqət mərkəzindədir. Son illər ərzində Azərbaycanda ümumi tutumu 400 min ton olan müasir soyuducu anbarlar şəbəkəsi yaradılmışdır. Sahəyə yerli sərmayələrlə bərabər xarici investorların da cəlb edilməsi, onların həm məlumatlandırılması, həm də investisiya qoyuluşuna təşviq edilməsi vacib tapşırıqlardandır. Həmçinin ənənəvi sahələrdən olan pambıqçılığın inkişafı da diqqətdə saxlanılır.

Müşavirədə qarşıya qoyulan vəzifələr və qəbul edilmiş regional proqramlar, Azərbaycanda kənd təsərrüfatının tamamilə müasir, rəqabətqabiliyyətli və elmi əsaslara söykənən bir sahəyə çevrilməsini hədəfləyir. İnfrastruktur layihələrinin (su kanalları, qazlaşdırma), özünütəminat faizlərinin yüksəldilməsinin, torpaqların pasportlaşdırılmasının və “Böyük Qayıdış” çərçivəsində regional məşğulluğun artırılmasının vahid strategiya şəklində icra olunması ölkənin həm iqtisadi müstəqilliyini, həm də dayanıqlı ərzaq təhlükəsizliyini tam təmin edəcəkdir.