Möhkəm, daimi sülh üçün, müstəqil dövlətin güclü ordusu olmalıdır

Möhkəm, daimi sülh üçün, müstəqil dövlətin güclü ordusu olmalıdır

Səbunə İbadova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi

Məlumdur ki,  1969-cu il iyulun 14-də mənəvi yüksəlişin, sosial tərəqqinin, qüdrətli dövlətin əsası müəyyən olundu. Məhz həmin gün Azərbaycanda Heydər Əliyev dövrü başladı. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin  birinci katibi kimi rəhbərliyə başlayan Heydər Əliyev ilk gündən xalqına olan bağlılığını əyani surətdə göstərmişdir. Xalqın sosial-iqtisadi rifahının yüksəldilməsi, region ölkələri arasında siyasi sabitliyin təmin olunması, ölkənin hərtərəfli inkişafı üçün böyük həvəs və inadkarlıqla çalışmışdır.

Məhz Ulu Öndəri fərqləndirən başlca xüsusiyyət də, özünə və ətrafındakılara qarşı olan yüksək tələbkarlığı, reallığı əsas tutması, problemi dərindən mənimsəyərək, öz üzərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirməsi olmuşdur. “Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa insan mənəviyyatsızdır” deyirdi Heydər Əliyev. Nəbzi Vətənin nəbzi ilə eyni vuran, Heydər Əliyev kimi bir liderə ehtiyacı var idi xalqın. Xalqın çağırışını qəbul edən Heydər Əliyev  1993-cü il iyunun 15-də ölkənin Ali qanunverici orqanının sədri,bir neçə ay sonra isə, oktyabrn 3-də ümumi səsvermə yolu ilə xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bəli, bununla da yeni siyasi eranın başlanğıcı qoyuldu.

Uzaq görən, müdrik bir şəxsiyyət olan Heydər Əliyev, xalqın xilaskarı olmuş, Azərabycanın ən çətin dövrlərində, müstəqil, firavan dövlətin yaradılması kimi şərəfli missiyanı, uğurla həyata keçirmişdir. ”Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması,əbədi olması ondanda çətindir” deyən Heydər Əliyevin Azərbaycan xalqına bütün həyatı boyu şərəflə xidmət etməsi,həm də onunla öz təsdiqini tapır ki, bu dahi və uzaqgörən şəxsiyyət, uzun illər formalaşdırdığı qüdrətli siyasi yolu uğurla davam etdirəcək ünvanı dəqiq göstərmişdir.

2003-cü il Prezident seçkiləri zamanında,xalqa müraciətində Heydər Əliyev demişdir: ”Üzümü sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O,yüksək intellektli, praqmatik düşüncəli,müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən,enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki,həm İlham Əliyev,həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.İnanıram ki,mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”. Bu tarixi müraciətdən keçən iyirmi il müddətində, ölkənin sosial-iqtisadi və siyasi həyatında baş verən hadisələr Ulu Öndərin dahi  lider,uzaqgörən şəxsiyyət olduğunun əyani sübutudur.

Günü-gündən inkişaf edən, güclü iqtisadiyyata, beynəlxalq-siyasi əlaqələrə malik olan dövlətimiz,gələcəyə böyük ümidlərlə və əminliklə irəliləyir.Əsası Ümummilli Liderin rəhbərliyi dövründə qoyulan Tarixi Zəfərə gedən yolda Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuzun qazandığı bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu qələbə xalqın əyilməz qürurunu özünə qaytardı.

Ordu quruculuğuna xüsusi diqqət göstərən Heydər Əliyev deyirdi: ”Möhkəm, daimi sülh üçün,müstəqil dövlətin güclü ordusu olmalıdır”. Bu il 100 illiyini qeyd edəcəyimiz Ulu Öndər ölkəmizdə müstəqilliyin əsas bazasını yaratdı və rəhbərliyə başladığı ilk dövrdən dövlətçiliyimizi xilas edərək ölkənin gələcək inkişafı istiqamətində nəhəng bir fəaliiyyət ortaya qoydu.