Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür

Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür

 Məshəti Sadiqli

YAP Suraxanı rayon təşkilatının ƏPT- nın sədr müavini 

Suraxanı rayonu, 203 saylı körpələr evi uşaq bağçasının müdir əvəzi

Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir.

Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Hüquq müdafiəçisi deyib ki, Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra ikinci böyük təşkilatdır.1 961-ci ildə yaradılan təşkilatın hazırda 120 dövlətdən ibarət üzvü, 19 dövlət və 9 beynəlxalq müşahidəçi təşkilat üzvü var. Təşkilat müxtəlif siyasiyönümlü ölkələri birləşdirsə də, ümumi məqsəd hərbi bloklara qoşulmamaqdır. Baxmayaraq ki, Belarus Respublikası KTMT-nin hərbi blokunun üzvüdür, bununla belə Qoşulmama Hərəkatının toplantısında iştirakı vacib saydı.

Azərbaycan hazırda Qoşulmama Hərəkatının sədridir. Bu gün də ölkəmiz dünyada COVID-19- a qarşı fəal mübarizə aparan dövlət kimi qəbul edilir. Azərbaycanın bu sahədə yüksək təcrübəsi, verdiyi dəyərli töhfələr, sonrakı addımların atılması ilə bağlı qərarları respublikamızın dünya birliyində artan nüfuzundan xəbər verir. Bakı artıq dünyanın diplomatik paytaxtlarından birinə çevrilib. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə bu təşkilatın sədrliyinə başladı. Etiraf edək ki, həmin dövrə qədər Qoşulmama Hərəkatı indiki qədər nüfuz sahibi deyildi. Dövlətimizin başçısının sədrliyi ilə həyata keçirilən tədbirlər qurumun nüfuzunu xeyli artırdı. Ona görə də Azərbaycanın təşkilata sədrlik müddəti Hərəkat üzvlərinin yekdil qərarı ilə daha bir il uzadıldı.

Dövlətimizin başçısı Zirvə görüşündəki çıxışında da ölkəmizin sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərin beynəlxalq aləmdə böyük razılıqla qarşılandığını diqqətə çatdırdı: “Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu mühüm təşəbbüs Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi idi. Təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı və xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirildi. Tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış etdi. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanmış, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilmişdi.

Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Hərəkatın pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi qurumun nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi”.

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır.Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir.

Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edir. Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və  suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. Daha sonra Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadə Hərəkatın COVID-19-a Qarşı Mübarizə Üzrə Təmas Qrupunun Zirvə Görüşündə bəyanat səsləndirib və QHGT-nin fəaliyyəti ilə bağlı bir sıra məqamları vurğulayıb. Bəyanatda bildirilib ki, 2022-ci il ərzində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı vətəndaşların sağlamlığının və rifahının, keyfiyyətli təhsilə çıxışın təmin edilməsi, insan hüquqlarının qorunması, iqlim dəyişikliyi və pandemiyanın yaratdığı problemlərin həlli istiqamətində Qoşulmama Hərəkatı Üzv Dövlətlərində davamlı inkişafın təmin edilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirib.

Qalib Azərbaycan postmüharibə dövründə regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, regionda əməkdaşlığın möhkəmlənməsinə, kommunikasiyaların bərpasına hesablanan davranışlar nümayiş etdirir. Prezident İlham Əliyev Azərbaycanın müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq istəyini dəfələrlə birmənalı şəkildə diqqətə çatdırıb. Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində liderlərin iştirakı ilə baş tutan tədbirlərdə ifadə olunan fikirlərdən aydın şəkildə görünür ki, Azərbaycanın ədalətli yanaşması, beynəlxalq hüquqa əsaslanan və ümümi məqsədlərə xidmət edən prinsipial mövqeyinə beynəlxalq səviyyədə böyük önəm verilir və daim diqqət mərkəzində saxlanılır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex  Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Zirvə  oplantısına qatılan Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində tədbir çərçivəsində keçirdiyi görüşlər, Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında yüksək dinamikaya malik iqtisadi və siyasi dialoq barədə fikirlərini diqqətə çatdırıb.