Elnara Ilyina
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 87 nömrəli tam orta mərtəbin müəllimi
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən Şuşadan sonra işğala məruz qalmış ikinci rayon idi. İşğal naticasində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmışdı. Rayonda dövlət va xüsusi mülkiyyətə ciddi zərər yetirilmiş, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizma məruz qalmışdı. Ermənistan işğalçı tərəf kimi Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşdırılması siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdu.
İşğaldan 28 il sonra Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini və tarixi ədaləti özü bərpa edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun və xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, kapitulyasiya aktını imzalamış Ermənistan dekabrın 1-də Laçın rayonunu təhvil verdi. Lakin bundan əvvəl, yəni, noyabrın 9-u Laçın rayonunun Gülǝbürd, Sofiyan va Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən İşğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux va Sus kəndləri nəzarətə götürüldü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamlan lla Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azarbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu 2020-ci il noyabrın 26-da təsis edilmiş "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.
Bu gün işğaldan azad edilmiş digər ərazilər kimi Laçın rayonu da bərpa edilməkdədir. Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır. Laçın rayonunda 7000 nafar ahalinin elektrik enerjisi ila taminatında mühüm rol oynayacaq, generasiya gücü & meqavat olan Gulabird Su Elektrik Stansiyasi işə salınıb. Eləcə də Prezident İlham Əliyevin Sərəncamına əsasən uzunluğu 72,8 kilometr olan Kalbacar-Laçın avtomobil yolu inşa edilir. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən Beynalxalq Hava Limanının 2025-ci ildə istifadǝyǝ verilməsi planlaşdırılır. Bütün bunlarla yanaşı Laçın rayonunda heyvandarlığın inkişafı üçün artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri göndərilib, yüzlərlə arıçı öz təsərrüfatını qurub ve bol məhsul götürür. Bir sözlə, "Böyük Qayıdış" Dövlət Proqramına uyğun olaraq bütün başqa rayonlar kimi Laçın rayonu da barpa olunacaq laçınlıların birinci qrupu isə öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda biləcəklər" Azərbaycan Respublikasi dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.
Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə 1992-ci il mayın 18-də Ermənistanın işğalına məruz qalan Laçın bu gün yeni dövrünü yaşayır. Bu gün artıq Laçın düşmənin kirli ayaqları altından inləmir. Imzalanan üçtərəfli bayanatla Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub. Laçının işğaldan azad edilməsinə heç bir itki verilmədən nail olunub. Bu dövlətimizin qətiyyətinin, Ali Baş Komandan və rəşadətli Ordumuzun, xalqımızın yumruq kimi birliyinin, həmrəyliyinin nəticəsidir.