Kəlbəcərin azad olunması Azərbaycanın tarixi Qələbəsinin daha bir təsdiqi idi
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 277 saylı uşaq bağçasının müdiri
Azərbaycan xalqının nəhayət ki, gözlədiyi gün gəlib çatdı. Düşmən əsarəti altında qalan, rayon və şəhərlərimiz öz azadlığına qovuşdu
Ali Baş Komandanımız İlham Əliyevin ağıllı və düşüncəli siyasəti öz nəticəsini verdi. Xalqı öz arzusuna çatdırdı. Vətən oğullarımız Prezidentimizə arxalanaraq əllərinə silah alıb, döyüşə atıldılar. Təbii ki, şəhid qanı bahasına torpaqlarımızın böyük bir hissəsi müharibədə azad edildi. Amma, bir neçə rayonlarımızı sülh əldə etməklə, geri qaytara bildik. Bu da, böyük bir fəlakətin qarşısını almaq demək idi.
2020-ci il noyabrın 20-də Azərbaycana Suqovuşanı, Füzulini, Qubadlını, Zəngilanı, Şuşanı və digər rayonlarımızı və qəsəbələrimizi ağır döyüşlər nəticəsində qaytara bildik. Kəlbəcər rayonu isə siyasi yolla nəzarət altına ala bildik. Ali Baş Komandamız İkinci Qarabağ müharibəsində yürütdüyü, hərbi-siyasi yolun davamı olaraq bir neçə rayon sülh yolu azad edildi. Diplomatik danışıqlar, öz həllini tapdı. Kəlbəcərin qaytarılması Azərbaycanın tarixi qələbəsinin təsdiqi oldu.
Kəlbəcər rayonu 1993-cü il mart ayının 23-dən, düşmən hiyləsinin qurbanı olmuşdur. Təqribən 60 mindən çox əhalisi, dədə-baba yurdlarından didərgin düşmüşdü. Kəlbəcərin möhtəşəm “İsti suyu“, qızıl yataqları düşmən əlində idi. Mühüm infrastruktur əraziyə malik olan Kəlbəcər, öz adını geri qaytara bildi. Qaçqın həyatı yaşayan Kəlbəcərlilər öz arzularına çatdı. Beləliklə, Kəlbəcər kimi böyük əraziyə malik olan rayonumuz itki olmadan geri qaytarıldı.
Qüdrətli, Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyev xalqın etibarını qazandı. Eşq olsun Azərbaycana. Qarabağ Azərbaycandır kəlməsini tez-tez vurğulayan Ali Baş Komandanımız İlham Əliyev bir daha sübut etdi ki, ərazi bütövlüyümüz toxunulmazdır. Əks halda “Dəmir Yumruq" düşmənin başını əzəcək.
Xarici siyasəti ilə bütün ölkələrə örnək olan İlham Əliyev sülhün tərəfdarı olduğunu bir daha öz müsahibələrində vurğulayır. O, bununla həm öz ölkəsini, həm də sülh sevər ölkələrin nümayəndələrini əmin edir ki, bizim heç kəsin torpağında gözümüz yoxdur. Biz yalnız və yalnız öz torpaqlarımız uğrunda döyüşüb uğurla bu nəticəni əldə etmişik.
Vətən uğrunda ölən varsa Vətəndir. Şəhidlər ölməz, Vətən bölünməz. Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!