Kəlbəcər Zəfəri Ulu Öndərin Qarabağ strategiyasının həyata keçirilməsinin nəticəsidir
Təranə Ağayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 24 nömrəli şəhər poliklinikasının tibb bacısı
Qarabağ zəfəri Heydər Əliyev irsinin təntənəsidir. Bu gün Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoyan Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Prezident İlham Əliyevin qazandığı möhtəşəm Kəlbəcər Zəfəri Ulu Öndərin Qarabağ strategiyasının həyata keçirilməsinin nəticəsidir
Düz 27 il Kəlbəcərə qayıdacağıq dedik, buna ürəkdən inandıq və nəhayət, doğma yurdumuza döndük. Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən azadlığına qovuşdurulmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev bu rayona qalibiyyət səfəri etdi və elə orada da bəyan etdi ki, Kəlbəcəri cənnətə çevirəcəyik.
Dövlətimizin başçısının 26.06.2022 tarixində Kəlbəcərə səfəri zamanı Kəlbəcər şəhərinin baş planı təqdim edilib. Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.
Prezident İlham Əliyev Kəlbəcəri artıq Azərbaycan və Qafqaz timsalında yox, dünya miqyasında inkişaf məkanına çevirir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, dövlətinə realist, prinsipial, qətiyyətli və bu sadalanan keyfiyyətlərin unikal yüksəlmə əmsalına malik dünya səviyyəli lider Prezident İlham Əliyev rəhbərlik edir. Azərbaycan xalqı xoşbəxtdir ki, insanlıq, ləyaqət, səmimiyyət, mərhəmət, nəciblik və şəfqət kimi ali dəyərlərin daşıyıcısı olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyətini misilsiz xidmətləri ilə zənginləşdirir.
Nə qədər ki, Azərbaycanda Heydər Əliyev möhtəşəm siyası kursu uğurla davam etdirilir, nə qədər ki, cənab İlham Əliyev Azərbaycanı yeni və daha böyük hədəflərə doğru qətiyyətlə aparır, xalqımız daha böyük zəfərlərə imza atacaqdır!