Konqo ilə münasibətlərdə yeni səhiflər

Konqo ilə münasibətlərdə yeni səhiflər

Ramilə Quliyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi

Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış “Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike” əsasında gerçəkləşmişdir.

Konqo Demokratik Respublikasının Baş nazirinin müavini, Xarici İşlər naziri Leonard Şe Okitunda 2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə işçı səfərdə olmuşdur.

23 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Afrika İttifaqı yanında Daimi nümayəndəsi E.Abdullayev Konqo Demokratik Respublikasının Şərqində tüğyan edən Ebola virusu ilə mübarizə üçün Afrika İttifaqının çağırışına cavab olaraq Azərbaycan Respublikası tərəfindən 20 min ABŞ dolları məbləğində yardımı Aİ-nin Sosial məsələlər üzrə komissarı Amira El-Fadilə təqdim etmişdir.

Prezident İlham Əliyev Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında diqqəti bir sıra mühüm məsələlərə yönəltmişdir. Ölkə başçısı qeyd edib ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması diqqətdən kənarda qalmır. Dövlətimizin xarici siyasəti çoxşaxəlidir. Ədalətə və beynəlxalq hüquqa söykənən xarici siyasətimiz diplomatik uğurlarımızın davamlılığında, Azərbaycanın yeni dostlar və tərəfdaşlar qazanmasında, yeni əməkaşlıq formatlarının və sülh gündəliinin müəllifi kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır.

Təkcə cari ilin arxada qalan dövründə ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara, ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə və əhatə etdikləri mövzulara diqqət yetirmək kifayətdir. Hər bir tədbir, həmçinin reallaşan qarşılıqlı səfərlər Azərbaycanın artan nüfuzu ilə yanaşı, ayrı-ayrı sahələrdə zəngin təcrübəyə malik olduğunu təsdiqləyir.

 Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və əməkdaşlığının yüksək inkişafından danışan Prezident vurğulayıb ki, son dövrün hadisələrinə nəzər salsaq görərik ki, Azərbaycanın dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün beynəlxalq qurumlarla açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığa üstünlük verib.

Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik rəhbərliyi dövründə bu istiqamətdə uğurlu və ardıcıl addımlar atılıb. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycan, demək olar ki, bütün beynəlxalq və regional qurumlarda təmsil olunur. Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin başçısının bütün səyləri regionun inkişafına, sabitliyin qorunub saxlanılmasına yönəlib. Dünya dövlətləri ilə qurduğu əlaqələr əmkdaşlığın daha da dərinləşməsinə töhfəsini verir.

Konqo ilə münasibətlərdə yeni səhiflərin açılacağını vurgulayan Prezident: ”Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Deməli, Azərbaycan-Konqo əməkdaşlığının yüksələn xətlə perspektivləri  var. Ölkəmizin yaratdığı yeni reallıqlar regionda və dünyada yeniliklərə yol açır, buna yalnız sevinmək olar. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində”.