Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.
Dövlətimizin başçısı salamlara və təbriklərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi. Nazir işğaldan azad edilən ərazilərimizdə hazırda bərpa-yenidənqurma işlərinin sürətlə həyata keçirilməsindən məmnunluğunu bildirdi.
Söhbət zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bərpaolunan enerji sahəsində ölkəmizdə həyata keçirdiyi layihə, həmçinin enerji, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı. Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olundu.