Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biridir

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biridir

Nabat Abdulova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Respublika  Reabilitasiya  Mərkəzinin  direktoru

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyev tərəfindən amnistiyanın elan edilməsi təşəbbüsü irəli sürülmüşdür. Azərbaycan Respublikasında dayanıqlı inkişafın təmin edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış möhkəm dövlətçilik ənənələrinə əsaslanır. Bu siyasətin mərkəzində Konstitusiyanın aliliyi, milli suverenliyin qorunması və insan amili dayanır.

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biridir. Sosial ədalətin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəza siyasətində humanist yanaşmanın tətbiqi dövlət idarəçiliyinin bütün sahələrində öz əksini tapır.

"Konstitusiya Suverenlik İli” çərçivəsində irəli sürülmüş amnistiya təşəbbüsü Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm addımdır. Bu təşəbbüs hüquqi dövlət quruculuğunun və cəmiyyət–dövlət münasibətlərində etimadın möhkəmləndirilməsinə xidmət edir.

Amnistiya aktının ictimai təhlükəliliyi böyük olmayan cinayətlərə görə məhkum edilmiş, habelə islah yoluna qədəm qoymuş şəxslərə şamil olunması nəzərdə tutulur. Bu yanaşma cəmiyyətin sosial sabitliyinin qorunmasına ailə institutunun möhkəmləndirilməsinə mühüm töhfə verir. Əhatə dairəsinə görə bu təşəbbüs müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya aktlarından biri kimi qiymətləndirilir. Ümumilikdə, Prezident İlham Əliyevin rəhbərliyi dövründə 12 amnistiya aktının və 71 əfv sərəncamının imzalanması dövlətin ardıcıl humanist siyasətinin bariz göstəricisidir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin həyata keçirdiyi humanist və hüquqi siyasət dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələrinin mühüm tərkib hissəsi olmaqla, güclü dövlət və ədalətli cəmiyyət modelinin formalaşmasına xidmət edir.