Heydər Əliyevinin uğurlu siyasəti sayəsində bir çox sahələrdə böyük dönüş yarandı

Heydər Əliyevinin uğurlu siyasəti sayəsində bir çox sahələrdə böyük dönüş yarandı

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Bildiyimiz 3 oktyabr 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu dövrlərdə xalqımızın üzləşdiyi çətinliklər, Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qalması hər kəsə yaxşı məlum idi. Belə ağır bir vaxtda məhz xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycan xalqını bəlalardan xilas etdi. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Heydər Əliyev həmçinin milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılmasında əvəzsiz rolu olmuşdur.

Heydər Əliyevinin uğurlu siyasəti sayəsində bir çox sahələrdə böyük dönüş yarandı və Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladı. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunması olmuşdur.

Ulu öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə iştirak etmişdir. Sürətlə addımlayan müstəqil Azərbaycan dövlətinin xarici siyasət strategiyası hazırda da inkişaf etməkdədir.  Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib.

Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması Ümummilli Liderimizin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərə böyük ehtiramın nümunəsidir. 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla irəli aparır. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilib, işğal altında olan torpaqlarımız azad olunub, Zəfər salnaməsi tarixdə layiqli yerini alıb.