Heydər Əliyev Azərbaycan ilə İsrail münasibətlərinin banisidir

Heydər Əliyev Azərbaycan ilə İsrail münasibətlərinin banisidir

Vüsalə Qasımova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi

Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Heydər Əliyev  xarici siyasətin də ümumi cizgilərini və əsas metodlarını yaratdı. O, daxili problemləri həll etmək üçün tətbiq etdiyi siyasi və diplomatik məharətə əsaslanan üsulları xarici siyasi fəaliyyətə proyeksiyaladı. İndi hər kəsin haqqında danışdığı "balanslaşmış xarici siyasət kursu"nun rüşeymləri o vaxtlarda formalaşdı. Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi, mədəni köklərə əsaslanır. 1992-ci ilin 6 aprelində isə ölkələrimiz arasında diplomatik əlaqələrin əsası qoyulmuş, əməkdaşlıq istiqamətində bir sıra addımlar atmışdır. 

Hazırda Bakı şəhərində yəhudilərin 3 sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Həqiqətən  Azərbaycan da yahudilərə münasibətdə yüksək tolerantlıq var. Xüsusilə dağ yahudiləri ölkəmizdə daha çoxdur. Uzun illərdir burada yahudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. İsrailin yəni Milli Bayramı-müstəqillik günü münasibətilə İsrail dövlətinin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda  Heydər Əliyev çıxışında bildirmişdir ki, Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin kökləri var. Azərbaycanda yahudilər əsrlər boyu, Azərbaycanın bərabərhüquqlu insanları kimi yaşamışlar.Azərbaycanlılar heç  vaxt onları burada  hansısa əcnəbi xalqın nümayəndəsi kimi hesab etməmişlər.

Məhz bunun bariz nümünəsi Azərbaycanın Milli Qəhrəmanlarından olan Qarabağ savaşında şəhid olan Albert Aqarunovdur.Şuşada Albert Aqarunov tərəfindən vurulmuş tank 31 il sonra Bakıya gətirildi. İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib, İsveçrədə BMT Baş Məclisinin iclasında, ATƏT-in dövlət başçılarının Lissabonda toplantısı çərçivəsində qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilmişdir.

Hal-hazırda dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycan İsrail arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır.İki ölkə arasında münasibətlər çox unikaldır.Hər iki ölkənin Yaxın Şərq məsələsi ilə bağlı ümumi baxışı var. Hər iki ölkə Şərqdə stabillik məkanıdır.Azərbaycan və İsrail multikultural dəyərlərə malikdir.

İki dövlət arasında münasibətlərin strateji müstəvidə inkişafına təkan verən amillərdən biri də İsrailin Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən olmasıdır. Dərinləşən əməkdaşlıq hər iki dövlətin yerləşdikləri regionlarda geosiyasi təsirlərini artırır. İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də diqqətlə yanaşır. Onun İsrail dövlət başçıları ilə bir sıra görüşləri olub. Prezidentlər İlham Əliyev Astanada ( Ş. Peres o zaman İsrail Baş Nazirinin müavini idi), Pekində Olimpiya Oyunlarının açılış mərasimi zamanı və Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda görüşüblər.

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin İsrail dövlətində səfirliyinin  təsis edilməsi ilə bağlı  Sərəncam imzalamışdır. Azərbaycan həm İkinci Qarabağ müharibəsi zamanı, həm də sonrakı mərhələdə - işğaldan azad edilmiş ərazilərin bərpası dövründə İsrailin dəstəyini hiss edib və görüb.