Heç kəs unutmamalıdır ki, bizim qəhrəmanlarımızın arxasında cənab Prezident və xalq dayanır

Heç kəs unutmamalıdır ki, bizim qəhrəmanlarımızın arxasında cənab Prezident və xalq dayanır

Şəbnəm Rzayeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

15 saylı birləşmiş şəhər xəstəxanasının komputer - operatoru

Bilirik ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxmaqdadır. Bu yaxınlarda da dövlət başçısı cənab Prezident İlham Əliyev Masallı, Lerik və Göy-göl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını qəbul edib. Görüşdə bir çox əhəmiyyətli mövzuya geniş yer ayrılıb. Cənab Prezidentin göstərişi ilə rayonlarda müsbət istiqamətdə işlər görülür. Bildiyimiz kimi bu yaxınlarda Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Lakin dövlət başçımızın göstərdiyi imkanlar daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışdır. İş yerlərinin yaradılması da kənd əhalisi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Eyni zamanda, işsizliklə bağlı mübarizədə də ciddi addımlar atılır.

Bilirik ki, vaxtı ilə kimi Lənkəran-Lerik, Masallı yolu bərbad vəziyyətdəydi. Hər iki rayona turist axını yox idi. Lakin indi dövlət başçımız göstərdiyi diqqət və gördüyü işlər nəticəsində yeni yollar çəkilir, demək olar ki, yenidən qurulur. Bununla da rayonlarımıza turist axını vüsət almışdır.

Qarşısında baş əydiyimiz 44 günlük Qarabağ Zəfərini bizə yaşadan şəhidlərimizin ailələrinə, igid qazilərimizə isə çox əfsus ki, müharibənin yaratdığı fəsadlar tam mənada aradan qalxmadan, düşmən dəyirmanına su tökən biganə məmurlar tərəfindən etinasız münasibət göstərilir. hamı dövlət başçımızın söylədiyi - “Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq” sözləri yaxşı təhlil etməlidirlər.Heç kəs unutmamalıdır ki, bizim qəhrəmanlarımız arxasında cənab Prezident və xalq dayanır. Göstərilən səylər nəticəsində bəzi icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər, bəzilərinin hökmü verilmiş, bəzilərinin işləri məhkəmədədir. Bu, o deməkdir ki, Azərbaycanda qanundan üstün heçnə ola bilməz. Bununla bir daha göstərilir ki, qanunsuz işlə məşğul olan hər kəs cəzalandırılacaq.

Mənim fikrimcə dövlət başçımızın da bizim qarşımıza qoyduğu hədəf və tələblərə uyğun olaraq hər birimiz daim insanlarla təmasda olmalıyıq. Əhalimizin problemləri ilə yaxından tanış olmalı, imkan daxilində bu problemləri həll etməliyik. Bilirik ki, dövlət tərəfindən şəhid ailələrinə, qazilərimizə daim xüsusi diqqət  göstərilir. Bu,  tək dövlətin yox Azərbaycan vətəndaşı olaraq hər birimizin borcudur. Cənab Prezident İlham Əliyevin dediyi kimi “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq.