Gənclərə diqqət və qayğı sadəcə paytaxtla məhdudlaşmır

Gənclərə diqqət və qayğı sadəcə paytaxtla məhdudlaşmır

Aysun Əliyeva

YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü

Azərbaycan Dillər Üniversitetinin II kurs tələbəsi

Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər.  Noyabrın 11-22-də Bakıda keçirilmiş BMT-nin COP29 Konfransı çərçivəsində Yaşıl zonada fəaliyyət göstərən “Gənclər Evi” pavilyonunda davamlılıq və iqlim liderliyi mövzularında seminarlar, vörkşoplar və panel müzakirələri olmaqla ümumillikdə 27 tədbir təşkil olunub. Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunu vurğulamaq məqsədilə təşkil edilən pavilyonu 7000 nəfər ziyarət edib.

Gənclərin liderlik və əməkdaşlıq sahəsində inkişafını dəstəkləmək, həmçinin ölkəmizin beynəlxalq arenada tanıdılması tövhə vermək məqsədilə, 2024-cü ildə “ Bakı qərar verir” Gənclərin l İqlim Danışıqları, “By Youth For Youth” Beynəlxalq Formu, “Şuşa-İƏT-in Gənclər Paytaxtı“ və “Lənkəran-Türk Dünyasının Gənclər Paytaxtı” proqramları çərçivəsində həyata keçirilən 24 beynəlxalq tədbirdə 57 ölkədən 650 iştirakçı,  yerli və xarici nümayəndələr,  gənclər və könüllülər iştirak edib.

Gənclərə diqqət və qayğı sadəcə paytaxtla məhdudlaşmır. Son dövrlərdə gənclər təşkilatları artıq mərkəzdən çıxaraq daha çox regionlarda fəaliyyət göstərməyə üstünlük verirlər. Belə ki, Gəncə, Quba, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Biləsuvar, Samux, İsmayıllı, Şirvan, Hacıqabul, Lənkəran, Bərdə, Abşeron, Qazax, Zaqatala, Qobustan, Göygöl, Quba, Saatlı, Qusar, Masallı, Astara, Zərdab, Göygöl, Ucar, Beyləqan yeni təşkilatlar yaranmış və əksəriyyəti qeydiyyatına alınmışdır.  

Hazırda 35-dən artıq beynəlxalq platformada gənclər təşkilatları Azərbaycanı təmsil edir. Müqayisə üçün qeyd edək ki, beynəlxalq platformalarda təmsil olunma son 10 ildə 2 dəfə artıb. Azərbaycanlı gənclərin qələbə sorağının dünyanın bütün qitələrindən eşidilməsi dövlətimizin dünya birliyinə inteqrasiyasının məntiqi nəticəsidir. Respublikanın gənclər təşkilatları BMT, Avropa Şurası, İƏT, GUAM, MDB  və digər beynəlxalq təşkilatlarla əlaqə yaradır, birgə layihələr həyata keçirirlər.

Bütün bunlar intellektual Azərbaycan gəncliyinin formalaşmasını sübut edir. Gənclər cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir. Onların inkişafı və potensialının dəyərləndirilməsi həm şəxsi, həm də ölkə səviyyəsində böyük əhəmiyyət daşıyır. Gənclər günü cəmiyyətin gənclərə diqqətini artırır və onları fəal olmağa ruhlandırır. Belə günlər gəncləri öz biliklərini artırmağa, bacarıqlarını inkişaf etdirməyə və cəmiyyət üçün faydalı olmağa təşviq edir.